NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 47
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"(İbrahim ondan ayrıldı,) dedi: «Salam olsun sənə, tezliklə Rəbbimdən sənin üçün bağışlanma diləyərəm. Çünki O mənə daim mehriban olmuşdur.»”
Nöqtələr
"Həfiyy” dedikdə bir başqasına xeyirxah və onu əziz tutan kəs nəzərdə tutulur. Bu söz bəzən alim mənasında da işlədilir.
Bu ayələrdə söhbətlər əsnasında mömin və kafirin ruhiyyəsi çox yaxşı müşahidə olunur:
a) İbrahim məhəbbətlə, onun əmisi qəzəblə danışır. İbrahim 4 dəfə "ey ata” deyə müraciət etdiyi halda, əmisi bir dəfə olsun "ey oğlum” deyə sözə başlamır.
b) İbrahim dəlillərlə danışır, əmisi Azər isə əsassız sözlər deyir.
v) İbrahim canıyananlıqla danışır, Azər ona hədələməklə cavab verir.
q) İbrahim salam verir, Azər ona uzaqlaşmaq göstərişi verir.
Əskik olma kölgə salan ağacdan,
Bəhrələnir budağına daş atan.
Həzrət İbrahim əmisinin doğru yola gələcəyinə ümid etdiyindən onun bağışlanmasını diləyirdi. Amma elə ki, əmisinin hidayətindən ümidini üzdü, ona arxa çevirdi.(Təfsire-Əl-mizan”.)
Bildirişlər
1. İlahi insanlar başqalarının hədə və təhqirləri qarşısında səbirli və qəlbi genişdirlər.
2. Başqalarının qəzəb alovunu gözəl və aram danışıqla söndürməyə çalışaq.
3. Peyğəmbər və övliyaların bağışlanma diləyinin xüsusi təsirləri var.
4. Üzrxahlığı qəbul etmək rübubiyyət şənindəndir.
5. Bağışlanma diləmək üçün müəyyən vaxtların üstünlüyü var. Yəni münasib vaxtlarda dua etməliyik.
6. Allahın rübubiyyətinə diqqət dua qaydalarındandır.
7. Müxaliflərin hədələri qarşısında Allahın lütflərini yada salaq.