NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 52
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Turun sağ tərəfindən ona nida etdik və (özümüzə yaxın məqama) gizli danışığa yaxınlaşdırdıq.”
Bildirişlər
1.”Əymən” sözü ya "yomn” sözündən olub mübarək mənasını bildirir, ya da "yəmin” sözündən olub sağ tərəf mənasını ifadə edir.
Ayənin əvvəlində nida, sonunda münacatdan danışılması Allahın mehribanlıq göstərməsi nişanəsidir. Elə bil ki, mehriban ağa öz qulunu səsləyib deyir: gəl yanımda otur, xüsusi bir söhbət edək.("Təfsire-kəşful-əsrar”.)
Quranda Musanın Allahla danışıq və rabitəsi həm "təkəllüm”, həm "nida”, həm də "nəcva” sözləri ilə bəyan olunur.("Taha”, 29, 31. )
Ayədə yaxınlıq deyilərkən məkan yaxınlığı yox, məqam yaxınlığı nəzərdə tutulur.
Tur dağı Misirlə Mədyən arasında yerləşir.("Təfsire-Əl-mizan”.)
Bildirişlər
1. Allah-təala peyğəmbərləri lütf və mehribanlıqla addım-addım özünə yaxınlaşdırır.
2. Bəzi məkanlarda müqəddəslik var.
3. Yaxınlıq və xəlvət danışıq zamanı ən üstün məqamlardandır. (Həzrət Əli (ə) buyurur: "Behişt əhli oranın nemətlərindən bəhrələndiyi vaxt Allaha yaxın məqamda olanlar ("əhlullah”) Onunla raz-niyaza məşğul olarlar.”)
4. Allah bəzi məsələləri peyğəmbərlərlə xəlvəti, məhrəmanə danışar.