Əsas məzmuna keç

Məryəm surəsi - 57-ci Ayə

Surə 19
Ayə 57

Azərbaycan dilində tərcümə

Biz onu yüksək məqam və dərəcəyə ucaltdıq (və onu göyə qaldırdıq).
Tam Surə

Məryəm surəsi 57-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 57

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Biz onu uca bir məqama çatdırdıq.”

Nöqtələr
"Məkanən əliyya” dedikdə ya uca mənəvi məqam, ya səmaya yüksəliş nəzərdə tutulur. Çünki Allah 4 peyğəmbəri–İdrisi, İsanı, Xızrı və İlyası səmaya qaldırmışdır.("Təfsire-Əl-mizan”.)
Sözü və əməli bir olan şəxsə "Siddiq” deyilir.

İDRISIN SIMASI
–Həzrət İdris həzrət Nuhun babalarındandır. Dərslə daha çox məşğul olduğu və ya ilk dəfə qələmdən istifadə etdiyi üçün "İdris” adı ilə tanınmışdır.("Təfsire-ətyəbul-bəyan”. )
–Quranda adı iki dəfə zikr olunmuş bu şəxs "siddiq”, "sabir”, "nəbiyy” səciyyələri ilə vəsf olunmuşdur.
–Hədisdə oxuyuruq: İdrisin evi Nəcəf ətrafında - Səhlə məscidində olmuşdur.("Təfsire-nümunə”.  )
–Astronomiya və riyaziyyat elmlərinə ilkin yiyələnən İdris olmuşdur.(Təfsire-ətyəbul-bəyan”. )
–Dərziliyi ilkin təlim edən şəxs İdrisdir.("Təfsire-nümunə”.)
–İdris 365 il yaşamışdır. Sonra səmaya qaldırılmış və hazırda da sağdır. O, həzrət Mehdinin (ə) zühuru dövründə qayıdasıdır.("Təfsire-Safi”.)
Bildirişlər
1. Böyük insanların yada salınması və onlar haqqında xoş söz deyilməsi başqalarının inkişaf və hidayət vasitəsidir.
2. İlahi insanlar davamlı şəkildə xatırlanmalıdır.
3. Fərdlərin yada salınma meyarı onların mənəvi səciyyələri olmalıdır.
4. Sədaqət təbliğin təsirlilik şərtidir. "Siddiq” sözünün "nəbiyy” sözündən öncə gəlməsi sədaqətin nübuvvət üçün zəmin olduğunu göstərir.