Əsas məzmuna keç

Məryəm surəsi - 60-cu Ayə

Surə 19
Ayə 60

Azərbaycan dilində tərcümə

Tövbə edən, iman gətirən və yaxşı işlər görən kəslər istisna olmaqla ki, onlar Cənnətə daxil olacaq və heç bir zülm görməyəcəklər (və onların haqlarından heç nə kəsilməyəcəkdir).
Məryəm surəsi , 60-cu ayə
Məryəm surəsi 60-cu ayə
Tam Surə

Məryəm surəsi 60-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 60

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Yalnız tövbə edib iman gətirən, saleh işlər görən kəslər istisnadır. Onlar behiştə daxil olar və heç bir sitəmə məruz qalmazlar (mükafatları əskildilməz).”

Nöqtələr
Saleh övlad "xələf”, qeyri-saleh övlad isə "xəlf” adlanır. "Qəyy” sözü "inkişaf” sözünün antonimi kimi işlənmişdir.("Təfsire-nümunə”.)
Namaz qılmamaq namazı zaya çıxarmaqdan fərqli bir işdir. Namazı zaya çıxarmaq dedikdə, namaz qılan şəxsin namazın şərtlərinə əməl etməməsi, onu təxirə salması və yüngül tutması başa düşülür.("Təhrim”, 8.)
Rəvayətdə oxuyuruq: İslam Peyğəmbəri (s) bu ayəni tilavət edən vaxt pərişan oldu və buyurdu: "Altmış ildən sonra bir qrup şəxs namazı zaya çıxaracaq.”("Şura”, 37, "Bəqərə”, 37.)
Əgər bu söz hicrətin ilkin illərində deyilmiş olsa, altmış il sonra dedikdə İmam Hüseynin (ə) şəhadətə çatdığı və Yezidin hakimiyyət kürsüsünə qalxdığı dövr nəzərdə tutulur.
QURANDA TÖVBƏ
–Adətən Qurani-kərim əzab ayələrinin bəyanından sonra tövbə edənləri istisna edir. Məlum olur ki, islah yolu heç vaxt kimsə üçün bağlı deyil.
–Tövbə etmək vacibdir. Çünki bu, Allahın əmridir.("Bəqərə”, 222.)
–Həqiqi tövbə hökmən qəbuldur. İnanmaq olmur ki, Allah Onun əmri əsasında qılınan tövbəni qəbul etməsin.("Furqan”, 71; Ənam”, 54; "Bəqərə”, 160. )
–Allah həm tövbələri qəbul edir, həm də çox tövbə edənləri dost tutur.("Nur”, 31)
–Tövbə saleh əməl və xətaların aradan qaldırılması ilə müşayiət olunmalıdır.("Furqan”, 70. )
–Tövbə qurtuluş rəmzidir("Hud”, 3)
–Tövbə günahın savaba çevrilmə vasitəsidir.("Hud”, 3)
–Tövbə yağış yağmasına səbəb olur.("Nisa”, 18.)
–Tövbə gözəl ruziyə səbəb olur.("Bəqərə”, 37; Ənam”, 54; "Tövbə”, 117; "Məryəm”, 60; "Hud”, 90.)
–Ölüm və əzabla qarşı-qarşıya dayanan zaman tövbə qəbul deyil.("Buruc”, 10.")
–Allah tövbələri qəbul etməkdən əlavə, xüsusi lütf göstərir.("Ər-rəhman”, 46, 62. ) Uyğun mövzu ilə əlaqədar ayələrdə tövbə ilə yanaşı, ilahi mərhəmət və məhəbbət məsələlərinə də işarə olunur.
–Quran tövbənin tərk olunmasını zülm və bədbəxtlik sayır.(Təfsire-kəşful-əsrar”.)
Bildirişlər
1. Bəzən övladlar və növbəti nəsil ata-babaların zəhmətini puça çıxarır. (Bəzən yaxşı insanlardan pis övladlar ərsəyə gəlir.)
2. Namaz dinin sütunudur. (Bir nəslin simasını o birinə tanıtdırmaq üçün onların namazı zaya çıxarması qeyd olunur.)
3. Namaz insanla azğın nəfs istəkləri arasında səddir. Bu sədd dağıldıqda insan asanlıqla nəfs istəklərinə tabe olur.
4. Allahla rabitəsi qırılan insan azğın nəfs istəklərinə üz tutur.
5. Azğın nəfs istəklərinin rövnəq tapması "ğəyy”, tənəzzül və azğınlıqdır.
6. Namazı zaya çıxarmağın cəzası insanın başını itirməsidir. (Gerçək inkişaf mənəviyyat sayəsində əldə olunur.)
7. Millətlərin taleyi onların öz əlindədir.
8. Tövbə zahiri yox, köklü dəyişiklikdir.
9. Tövbə, iman və saleh əməl qurtuluş və behiştə giriş şərtidir.