NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 64
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Biz (mələklər) yalnız Rəbbinin əmri ilə nazil oluruq; qarşımızda (gələcəkdə), arxamızda (keçmişdə) və ikisinin arasında nə varsa Onundur. Sənin Rəbbin unutqan deyil.”
Nöqtələr
"Əl-mizan” təfsirində oxuyuruq: "Bəziləri bu iki ayəni əvvəlki ayələrlə əlaqələndirməyə çalışsalar da, əslində onlar müstəqildir.
"Təfsire-Fəxr-Razi”, "Təfsire-Təbəri”, "Təfsire-Tibyan” mənbələrində oxuyuruq: "Peyğəmbərə (s) gələn vəhyin arası bir müddət kəsildi. Bu, peyğəmbərin nigarançılığına və müxaliflərin tənəsinə səbəb oldu: Ayə nazil edildi: "Rəbbin unutqan deyil.” "Zuha” surəsinin 3-cü ayəsi də bu ayənin oxşarıdır.
Bildirişlər
1. Quran tədricən və Allahın əmri əsasında nazil olur.
2. Mələklər Allahın əmrinə təslimdir.
3. Hər şeyin həqiqi sahibi Odur.
4. Vəhy Allah əmri əsasında təxirə salınmışdı. Bu təxirin səbəbi Allahın Öz peyğəmbərini unutması deyildi.("Kəf”, c. 1, s. 147. )