Əsas məzmuna keç

Məryəm surəsi - 65-ci Ayə

Surə 19
Ayə 65

Azərbaycan dilində tərcümə

O, göylərin, yerin və o ikisinin arasında olanların Rəbbi (sahibi və idarə edəni)dir. Buna görə də Ona ibadət et və Ona ibadətində dözümlü ol! Heç adda Ona tay olan («göylərin və yerin Rəbbi, Allah, vacibəl-vücud» olan başqa birisini) tanıyırsan?
Məryəm surəsi , 65-ci ayə
Məryəm surəsi 65-ci ayə
Tam Surə

Məryəm surəsi 65-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 65

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Göylərin və yerin, onların arasında olanların Rəbbi! Yalnız Ona pərəstiş et, Ona ibadətə səbirli ol. Ona bənzərini tanıyırsanmı?!”

Nöqtələr
"Səmiyy” sözü ilə bağlı bir neçə məna zikr olunmuşdur: Şərik, bənzər, həm ad (adaş), övlad. Ötən ayədəki "Rəbbikə” və bu ayədəki "Rəbbus-səmavati vəl-ərz” sözləri bütün varlıq aləmi ilə birlikdə bəşər həyatının idarəçiliyindəki vəhdəti göstərir.
İbadət təkcə Allahın zikri, namaz deyil. Bu sayaq ibadətlərdə elə bir çətinlik yoxdur ki, səbir və dözümə ehtiyac duyulsun. Səbir və dözüm tələb edən ibadət insanı təzadlarla, zalım qüvvələrlə, problemlərlə üzbəüz qoyan ibadətdir. Yalnız belə məqamlarda insanın səbir və dözümə ehtiyacı olur.
Həzrət Əli (ə) ayədəki "həl tələmu ləhu səmiyya” təbiri ilə bağlı buyurur: "Kimsə "Allah” adı ilə adlandırılmamışdır.”("Bihar”, c. 5, s. 84.)
Bildirişlər
1. Bizim Allah qarşısındakı ibadətlərimizin fəlsəfəsi varlıq aləmində yalnız Ona məxsus olan rübubiyyətdir.
2. İbadət səbir tələb edir. (İbadət bir növ azğın nəfs istəkləri və azğın qüvvələrlə mübarizədir.)
3. Allah səni unutmayıb, sən də Onu unutma.
4. Allahın övladı yoxdur, Ona bənzəri tapılmaz.