Əsas məzmuna keç

Məryəm surəsi - 68-ci Ayə

Surə 19
Ayə 68

Azərbaycan dilində tərcümə

Buna görə də and olsun Rəbbinə ki, şübhəsiz, onları şeytanları ilə (birlikdə Məhşər səhnəsinə) toplayacaq, sonra isə (əzabın çoxluğundan) diz çökdükləri halda dəstə-dəstə Cəhənnəmin dövrəsinə gətirəcəyik.
Tam Surə

Məryəm surəsi 68-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 68

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"And olsun Rəbbinə, Biz onların hamısını şeytanlarla birlikdə (qiyamətdə) səhnəyə gətirəcəyik. Sonra onları diz çökmüş halda cəhənnəm ətrafına düzəcəyik.”

Nöqtələr
"Cisiyya” sözü ya "casi” sözündən olub, mühakimə üçün diz çökmüş şəxs və ya "cəsvə” sözündən olub dar, sıxılmış torpaq mənasını bildirir. Bu, ən pis oturuş növüdür.
Allah-təala Quranın bir çox yerlərində Öz məxluqlarına, qiyamətlə bağlı isə Öz müqəddəs zatına and içmişdir.(Təfsire-nurus-səqəleyn”. )
Bildirişlər
1. Qiyamətlə bağlı xəbərdarlıqlara ciddi yanaşaq. Qiyamət mühakiməsi labüd bir hadisədir.
2. Allah məadı qəbul etməyən kafirlər qarşısında Öz peyğəmbərinə təsəlli verir.
3. Küfrə uğramaqda şeytan insana çiyin yoldaşıdır. (İnsanların şeytanlarla birlikdə qiyamət səhnəsinə gətirilməsi onların eyni cür düşünüb, həmkarlıq etmələridir.)
4. Cəhənnəm kənarında dayanış cəhənnəm cəzasından fərqli bir işgəncədir.
5. Qiyamətdə azğınlar çox ağır vəziyyətdə olar. Cəhənnəm ətrafında şeytanlarla birlikdə diz çökmüş, zəlil vəziyyətdə dayanmaq ağır işgəncədir.