Əsas məzmuna keç

Məryəm surəsi - 70-cu Ayə

Surə 19
Ayə 70

Azərbaycan dilində tərcümə

Sonra Cəhənnəm əzabını dadmağa və onda yanmağa daha layiq olanların halını (onların Cəhənnəmə düşmələrinin səbəbini və yanmalarının necəliyini) Biz daha yaxşı bilirik.
Məryəm surəsi , 70-cu ayə
Məryəm surəsi 70-cu ayə
Tam Surə

Məryəm surəsi 70-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 70

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Həmin vaxt onlardan cəhənnəmdə yanmağa kimin daha çox layiq olduğunu bilərik.”

Nöqtələr
"Şiə” sözü həm bir şəxsə ardıcıllar, həm də eyni bir əqidə ətrafında toplananlar mənasını bildirir. "İtiyya” sözü asilik, azğınlıq mənasını ifadə edir. "Siliyya” dedikdə isə od qalamaq, odda yandırmaq və oda salmaq mənaları nəzərdə tutulur.
Bildirişlər
1. Günahkarlar qiyamətdə seçilib dəstələrə ayrılar. (Rəhman Allah qarşısında daha çox tüğyan qoparanlar daha şiddətli əzab görərlər.)
2. Günahkarlar (xilafkarlar) üç zümrədir: şəxsən günah edənlər, başqalarının günah işinə vasitə olanlar, ətrafdakıların günahı ilə razılaşanlar. Aydın məsələdir ki, hər üç zümrənin günah və cəzası fərqlidir.
3. Bütün rəhmətlər Allahdan qaynaqlansa da, insan Allah qarşısında tüğyan qoparır.
4. Cəhənnəm əzabı hesablı və dəqiq nizama malikdir. Bu dəqiqlik və seçimə Allahın elmi zamindir.
5. Cəhənnəmin müxtəlif təbəqələri var. Günahın böyük-kiçikliyindən asılı olaraq, cəzalar fərqlənir və Allah hər bir cəza mərtəbəsindən xəbərdardır.