Əsas məzmuna keç

Məryəm surəsi - 73-cü Ayə

Surə 19
Ayə 73

Azərbaycan dilində tərcümə

Bizim aşkar (tovhid) nişanələrimiz və (kitabımızdakı) aydın ayələrimiz onlara oxunan zaman küfr etmiş kəslər (lovğalanaraq) iman gətirmiş kəslərə «(biz) iki dəstədən hansı biri(miz) məqam, mənsəb, yer və məkan baxımından daha yaxşı, məclisin fəzilət, kəramət və təntənəsi baxımından daha gözəldir?!» deyərlər.
Məryəm surəsi , 73-cü ayə
Məryəm surəsi 73-cü ayə
Tam Surə

Məryəm surəsi 73-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 73

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Nə vaxt aydın ayələrimiz onlara oxunsa, küfrə uğrayanlar iman gətirənlərə deyərlər: "Bizlərdən hansımızın yeri daha üstün, məclisi daha gözəldir?”

Nöqtələr
"Nədiyy” dedikdə hər hansı məclis və ya müşavirə məclisi nəzərdə tutulur. "Darun-nədvə” ifadəsi şura məclisi mənasını bildirir. "Ənkəbut” surəsinin 29-cu ayəsində "Siz öz məclisinizdə günah edirsiniz”, "Ələq” surəsinin 17-ci ayəsində "Öz müşavirlərini çağırdı” cümlələri bəyan olunur.
Kafirlər möminləri məsxərəyə qoyaraq və ya sual formasında deyirdilər: "Nəzir ibn Haris və Vəlid ibn Müğeyrə kimi sərvətlilər üstündür, yoxsa Bilal və Əmmar kimi yoxsullar?” Onlar bu sayaq təkəbbür göstərib özlərini müsəlmanlardan ayırır və iman gətirmirdilər.
Bəli, bəziləri çalışırlar ki, öz mənəvi nöqsanlarını maddi görüntülərlə ört-basdır etsinlər. Bəzi rəvayətlərdə deyilir: Kafir əyanlar gözəl və dəbdəbəli libaslar geyinir, Peyğəmbər (s) və onun tərəfdarlarının qarşısından ötərək onlara alçaldıcı nəzərlərlə baxırdılar.("Kafi”, c. 1, s. 431.)
Xərabəti süzmə həqarətlə sən,
Sınıq kuzə gördün qaldır yerindən.

Bildirişlər
1. Möminlər düşmənlərin təbliğat və şübhələrinə cavab üçün hazır olmalıdırlar.
2. Düzgün əqidə və məntiqlə dünyəvi rifah arasında əlaqə yoxdur. Din düşmənləri deyirdilər: "Əgər bizim yolumuz batildirsə, nə üçün maddi durumumuz sizdən üstündür?”
3. Pul və var-dövlət haqlılıq və şəxsiyyət nişanəsi deyil.
4. Fəxr (öyünmək) və lovğalıq küfr üçün zəmin yaradır.