Əsas məzmuna keç

Məryəm surəsi - 76-cı Ayə

Surə 19
Ayə 76

Azərbaycan dilində tərcümə

Allah doğru yola yönəldilmiş kəslərin hidayətini artırır və əbədi yaxşılıqlar (haqq əqidələr, mənəvi fəzilətlər və saleh əməllər) Rəbbinin yanında (axirət) mükafat(ı) və nəticə baxımından daha yaxşıdır.
Məryəm surəsi , 76-cı ayə
Məryəm surəsi 76-cı ayə
Tam Surə

Məryəm surəsi 76-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 76

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Allah hidayət olanların (doğru yolu tutanların) hidayətini artırar. Rəbbinin yanında davamlı yaxşılıqların savabı daha üstün və xoş aqibətdir.”

Nöqtələr
"Mərədd” dedikdə aqibət və mənfəət mənaları anlaşılır. "Səvab” sözü əməlin əvəzi mənasını bildirir. Bu əvəz xeyir və şər ola bilər. Amma adətən xeyir mənasında işlədilir.(Təfsire-Qummi”, c. 2, s. 53. )
Ötən ayədə oxuduq ki, azğınlar daha çox azğınlığa uğrayar. Bu ayədə isə doğru yol tutanların daha çox hidayət və nuraniyyətə çatması bildirilir.
Bəzi rəvayətlərdə bildirilir: "Davamlı yaxşılıqlar” dedikdə "sübhanəllahi vəlhəmdulillahi vəla ilahə illəllahu vəllahu əkbər” zikri nəzərdə tutulur.("Fatir”, 14. )
Bildirişlər
1. Hidayətin mərhələ və dərəcələri var.
2. Saleh əməllər Allah yanında qorunur.
3. Yaxşı işlər üçün tovfiq (yardım) ilahi hidayət sayəsində əldə olunur.
4. Allahın Öz Peyğəmbərinə (s) xüsusi diqqəti var.
5. Mükafat və cəza ilahi rübubiyyət şənindəndir.
6. Yaxşı iş xoş aqibət rəmzidir.