Əsas məzmuna keç

Məryəm surəsi - 80-cu Ayə

Surə 19
Ayə 80

Azərbaycan dilində tərcümə

Və dediklərinə (dediyi şirk sözlərə və ya barəsində danışdığı sərvət və övlada) varis olacağıq və (Qiyamət günü) o, Bizim yanımıza tək gələcəkdir.
Məryəm surəsi , 80-cu ayə
Məryəm surəsi 80-cu ayə
Tam Surə

Məryəm surəsi 80-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 80

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"(Mal və övladdan) nə qədər dəm vursa da, Biz varis olacağıq və o, yanımıza tək-tənha gələcək.”

Nöqtələr
İmam Baqir (ə) "Ayələrimizi inkar edən” cümləsi ilə bağlı buyurur: "As ibn Vaqil Xəbbaba borclu idi. Xəbbab borcunu almaq üçün onun yanına gəldiyi vaxt As dedi: "Behiştdə qızıl, gümüş, ipək olduğuna inanmırsınızmı?” Xəbbab dedi: "Bəli.” As dedi: "Elə isə, vədimiz qaldı behiştə. And içirəm ki, behiştdə sizin verdiyinizdən də üstününü alacaqsınız.("Təfsire-Safi)
Bildirişlər
1. Allahdan üz çevirib var-dövlətə və övlada sığınmaq təəccüb doğurur.
2. Kafir inkişaf üçün dini maneə, küfrü kömək sayır.
3. Kafirlər arasında var-dövlət və övlad dəyər ölçüsüdür. (Kafir məntiq və xəbərdarlıq qarşısında əlində olanlarla başını qatır.)
4. Yanlış düşüncəli varlıların iç üzünü açın ki, cəmiyyətə nümunə olmasınlar.
5. Allah kimsə ilə müqavilə imzalamamışdır.
6. Allah Öz əhdini pozmasa da, kafirlərin Allahla heç bir əhdi yoxdur.
7. Batil düşüncələri qətiyyətlə aradan qaldırın.
8. İnsanın rəftar və danışığı ilahi divanda qeydə alınır.
9. Hər bir danışıq və əməl üçün müəyyən möhlət var. İnsan peşman olub tövbə edə bilər. Bu müddət başa çatdıqdan sonra isə hər şey qeydə alınır. (Rəvayətlərdə bildirilir ki, insandan pis bir iş baş verdikdə mələklər bir müddət qeydə almır. Həmin şəxs peşman olmadıqda möhlət başa çatır və hər şey qeydə götürülür.)
10. Deyilən söz elmi əsasa malik olmalıdır. Çünki insan ağzından çıxan sözlərin məsuliyyətini daşıyır.
11. İnsan qiyamət günü onu küfr və təkəbbürə sövq edən var-dövlət və övladları boşlayır, Allah hüzurunda tək-tənha dayanır.