NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 84
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Onlar üçün (əzaba düşsünlər deyə) tələsmə. Biz onlar üçün hesab aparırıq.”
Nöqtələr
"Əzz” sözündən şiddətli təhrik etmə və yerindən qoparma mənaları başa düşülür. "Əzzul-Qidr”, yəni qazan elə qaynadı ki, onun içindəkilər alt-üst oldu.
Şeytanın iman əhli ilə rabitəsi sadədir. Huşyarlıq və tövbə ilə nəticələnir.("Təfsire-Safi”.) Amma şeytanın kafirlərlə rabitəsi hakim-məhkum rabitəsidir. Əlbəttə, bu ağalıq üçün kafir özü zəmin hazırlamışdır.("Kafi”, c. 8, s. 95.)
Şeytanların Allah tərəfindən göndərilməsi dedikdə, onların başlı-başına buraxılmaları nəzərdə tutula bilər. Məsələn, itinə mane olmayan adam haqqında "itini buraxdı” deyirlər.
"Təfsire-Qummi” də deyilir: "Şeytanları göndərdi” ayəsi xüms-zəkat ödəməyənlər haqqındadır. Allah belələrinin üzərinə zalım hakim və ya şeytan göndərir ki, xüms-zəkat olaraq ödəmədiklərini qeyri-ilahi yolla xərcləsinlər.
İmam Sadiq (ə) buyurur: "İnsan ömrünün günlərini onun ata-anası da hesablaya bilər. Demək, "onların hesabını apararıq” cümləsi "onların çəkdikləri nəfəsi də hesablayarıq” mənasında anlaşılmalıdır.(Yasin”, 60, 61.)
Bildirişlər
1. Allah küfr yolunu seçib şeytanın hakimiyyətini qəbul edənləri fəsada təşviq etmək üçün şeytanları onların sorağınca göndərir. (Kafirlərin cəzalarından biri şeytanın onlara hakimiyyətidir.)
2. Şeytan insanı həvəsləndirsə də, onu məcbur edə bilmir.
3. Şeytanın təhriki çox güclüdür.
4. Heç bir şey, hətta şeytanın vəsvəsələri Allahın iradəsindən xaric deyil.
5. Küfr şeytan təhriklərinin qəbulu səbəbidir.
6. Peyğəmbərlərin hadisələrdən xəbərdarlığı məhduddur.
7. Müxaliflərin küfr və düşmənçilikdəki inadkarlıqları geniş qəlbə malik Peyğəmbəri (s) əzab istəməyə vadar etdi.
8. İnsanlara möhlət vermək ilahi sünnə, qanundur. İlahi proqramlar nizamlı və tədricidir. Buna görə də kafirlərin məhvinə tələsməyək.
9. Öz əmr və qadağalarınızı, göstərişlərinizi əsaslı şəkildə bəyan edin.