NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 87
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Rəhmanla əhd bağlayanlardan başqa kimsə şəfaət sahibi deyil.”
Nöqtələr
Quran şəfaət üçün müəyyən şərtlər irəli sürür. Hər şəxs istədiyi bir şeyi şəfaətçi seçə bilməz. Qiyamət günü kafirlər hansı qapını döyər, kimdən sığınacaq istəyərlərsə, mənfi cavab alarlar.
Ola bilsin ki, "əhd” dedikdə Allaha bəndəlik əhdi və şeytandan uzaqlıq nəzərdə tutulmuşdur. Quran buyurur: "Ey insanlar! Sizdən əhd almadıqmı ki, şeytana itaət etməyəsiniz?! O sizə aşkar bir düşməndir. Yalnız Mənə pərəstiş edin, doğru yol budur.”("Təfsire-Əl-mizan”. ) Digər bir ayədə oxuyuruq: "Həmin gün Allahın icazə verib sözündən razı qaldığı kəsdən savay kimsənin şəfaətində fayda yoxdur.("Təfsire-Məcməül-bəyan”. )
"Əhd” sözü rəvayətlərdə bir neçə cür təfsir olunmuşdur:
a) Əmirəlmöminin Əli ibn Əbu-Talib (ə) və ondan sonrakı imamların vilayəti ilə bağlı öhdəçilik.("Təfsire-Əl-mizan”.)
b) Ölüm zamanı vəsiyyət; insan xalqı ətrafına toplayıb deyir: «Mən "la ilahə illəllah, Muhəmmədən rəsulullah” sözlərinə, behişt və cəhənnəmin gerçəkliyinə şəhadət verirəm.»("İsra”, 40. )
v) Gündəlik namazların yerinə yetirilməsi ilə bağlı öhdəçilik.(Tövbə”, 30.)
Bildirişlər
1. Şəfaətin öz qanunauyğunluqları var və Allahın nəzarəti altındadır.
2. Allahın istəyi olmasa kimsədə şəfaət gücü və haqqı yoxdur.
3. Şəfaət geniş ilahi rəhmətin bir cilvəsidir.
4. Xalis və Allahla əhdi olan fərdlərin şəfaət haqqı var.