Əsas məzmuna keç

Məryəm surəsi - 95-ci Ayə

Surə 19
Ayə 95

Azərbaycan dilində tərcümə

Qiyamət günü onların hamısı Onun yanına tək (dünyaya gələndə olduğu kimi, bir şəxsin və ya malın ixtiyarı əllərində olmadan) gələcəklər.
Məryəm surəsi , 95-ci ayə
Məryəm surəsi 95-ci ayə
Tam Surə

Məryəm surəsi 95-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 95

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Qiyamət günü hamı Onun hüzuruna gələcək.”

Bildirişlər
1. Varlıq aləmində nə varsa, hər birinin dəqiq hesabı Allahın əlindədir. Allah təkcə külliyyat yox, həm də cüziyyatı əhatə edir.
Düşünmə bir zərrə qaça hesabdan,
Hesab var, kitab var qurulu divan.
2. Varlıq aləmindəki mövcudlar məhduddur.
3. Qiyamət hamıya aiddir.
4. Qiyamət mühakiməsi hamıya aid olsa da, hər kəs öz hayındadır. Sanki insan tək-tənhadır.("Kafi”, c. 1, s. 431)
5. Qiyamət günü bütün qohumluq əlaqələri, iqtisadi və ictimai rabitələr, partiya bağlılıqları qırılar.
6. Qiyamətdə var-dövlətin, ailə-övladın, dost-tanışın faydası yoxdur.