NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 96
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Həqiqətən, Rəhman Allah iman gətirib saleh işlər görənlər üçün tezliklə (qəlblərdə) məhəbbət qərar verər.”
Nöqtələr
İmanlı və saleh insanlar dünyadan köçərkən hətta günahkar fərdlərin qəmləndiyini çox görmüşük. Onlar özlərindən ixtiyarsız olaraq kədərlənir, göz yaşı axıdır, dünyadan köçən saleh insanın xatirəsini əziz tutur, qəbrini ziyarət edir və başqalarına onunla bağlı xatirələr danışırlar. Bütün bunlar pak və insanpərvər fitrətdən qaynaqlanır.
Bəli, yalnız Allaha könül verən kəsə xalqın qəlbində yer verilir. Allah Onu yada salanları yad edir.("Təfsire-Fərat”. )
İmam Sadiq (ə) buyurur: "Əmirəlmöminin (ə) vilayəti Allahın möminlərə saleh əməl müqabilində verdiyi mükafatdır.(Hud”, 1.) İman əhlinin Həzrət Əliyə (ə) məhəbbəti ilə bağlı həzrət Peyğəmbərdən (s) də oxşar rəvayətlər nəql olunmuşdur.(Bihar”, c. 46, s. 30. )
Bildirişlər
1. Əməlsiz iman, imansız əməl yetərsizdir.
2. İman və saleh əməl xalq sevgisinin açarıdır. Az sevildiyimizi gördükdə öz əqidə və əməllərimizi nəzərdən keçirək. Çünki Allahın vədi dəyişməzdir.
3. Sevimlilik də, qəlblər də Allahın əlindədir.
4. Sevimlilik möminlərə və ilahilərə nəsib olmuş ilahi rəhmətdir.
5. Bu gün sizin saleh əməliniz dəyərləndirilməsə də, bilin ki, ardıcıl səbir və təlaşınız gələcəkdə səmərə verəcək.
6. Sevimlilik dünyada nəsib olan ilahi lütf və mükafatlardandır. (Möminlər və salehlər axirət mükafatından əlavə dünyada da mükafatlandırılırlar.