Əsas məzmuna keç

Məryəm surəsi - 97-ci Ayə

Surə 19
Ayə 97

Azərbaycan dilində tərcümə

Bunu (Qur’anı, yuxarı aləmdə ərəbcə tənzimləməklə) sənin dilində yalnız ona görə asanlaşdırdıq ki, onun vasitəsi ilə təqvalılara müjdə verəsən və inadkar düşmənləri qorxudasan.
Məryəm surəsi , 97-ci ayə
Məryəm surəsi 97-ci ayə
Tam Surə

Məryəm surəsi 97-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 97

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Həqiqətən, Quranı sənin dilin üçün asan etdik ki, onun vasitəsi ilə pəhrizkarlara müjdə verəsən və inadkar xalqı qorxudasan.”

Nöqtələr
"Ludd” sözü dərin düşmənçilik mənasını bildirir.
Bildirişlər
1. Asan bəyan tərbiyə prosesində Quran üslubudur. Əlbəttə ki, asan bəyan dedikdə süst danışıq nəzərdə tutulmur. Söz möhkəm, amma rəvan olmalıdır.("Təfsire-nurus-səqəleyn”.)
2. Rəvan bəyan ilahi lütflərdəndir.
3. Hər bir zümrə ilə xüsusi tərzdə danışmaq lazımdır. (Təqvalılarla müjdə, düşmənlərlə xəbərdarlıq dilində danışılmalıdır.)