Əsas məzmuna keç

Məryəm surəsi - 98-ci Ayə

Surə 19
Ayə 98

Azərbaycan dilində tərcümə

Onlardan qabaq nə çox dövrlərin insanlarını həlak etdik. Heç onlardan hansısa birini hiss edir və ya onlardan bir səs eşidirsən?
Məryəm surəsi , 98-ci ayə
Məryəm surəsi 98-ci ayə
Tam Surə

Məryəm surəsi 98-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 98

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Onlardan öncə bir çox nəsilləri həlak etdik. Onlardan kimsəni tapır və ya azca da olsa səslərini eşidirsənmi?!”

Nöqtələr
Bu şərif ayə Peyğəmbər (s) üçün bir təsəllidir. Dolayısı ilə ona müjdə verilir ki, sənin inadkar düşmənlərin tezliklə məhv olacaq. Necə ki, bir çox inadkarlar keçmişdə məhv oldular.
"Rikz” dedikdə ahəstə, məxfi səs mənası anlaşılır.
İmam Sadiq (ə) Cabirin bu ayə ilə bağlı sualına belə cavab verir: "Həlak olmuş qövm Bəni-Üməyyədir. Onlardan bircəsini də ümidli və ya qorxudan kənar görməzsən.” Cabir deyir: "Ərz etdim ki, belə bir şey mümkündürmü?” Həzrət buyurdu: ”Tezliklə baş verəcək.”("Təfsire-nurus-səqəleyn”.)
Bildirişlər
1. İnadkar qövmlərin məhvi Quran xəbərdarlıqlarının ciddiliyindən danışır.
2. Haqq düşmənlərinin məhvi ilahi sünnələrdən biridir.
3. Tarix ibrət güzgüsüdür.