Əl-Mucadələ surəsi - 7-ci Ayə
Azərbaycan dilində tərcümə
Məgər (qəlb gözü ilə) görmədinmi ki, Allah göylərdə və yerdə nə varsa hamısını bilir? Üç nəfər arasında elə bir pıçıltılı və gizli söhbət baş verməz ki, O, onların dördüncüsü olmasın və nə də beş nəfər arasında ki, O, onların altıncısı olmasın. Onlar bundan az və çox olsalar da, harada olsalar belə, O (Allah) onlarladır. Sonra – Qiyamət günü – hamıya etdiklərini xəbər verəcəkdir. Həqiqətən, Allah hər şeyi biləndir.
Əl-Mucadələ surəsi 7-ci Ayəsinin Təfsirləri
📖
Təfsir tapılmadı
Bu ayə üçün hələ təfsir əlavə edilməyib. İlk təfsiri siz yaza bilərsiniz.