Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 13-cü Ayə

Surə 16
Ayə 13

Azərbaycan dilində tərcümə

Həmçinin bu yerdə sizin üçün müxtəlif növlərdə və müxtəlif rənglərdə yaratdığı şeyləri (dağları, fəzaları, səhraları və heyvanları ram etdi). Həqiqətən bunda (bu məxluqlarda və onların təsir və xüsusiyyətlərində) ibrət alan dəstə üçün bir nişanə vardır.
Ən-Nəhl surəsi , 13-cü ayə
Ən-Nəhl surəsi 13-cü ayə
Tam Surə

Ən-Nəhl surəsi 13-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 13

MÖHSÜN QƏRAƏTİ
16.12.2025
"Yer üzündəki müxtəlif əlvanlıqları da sizin üçün yaratdı. Əlbəttə, bu yaranmışlarda öyüd götürənlər üçün ibrət və aydın nişanələr var.”
Bildirişlər
1. Allah müxtəlif rəngləri insan üçün yaratmışdır.
2. Varlıq aləmindəki çeşidli rənglər Allahın qüdrət və hikmət nişanəsidir. Zavodun istehsal etdiyi malların çeşidinin çoxluğu onun istehsal gücünü göstərir.
3. Rənglər arasındakı fərqlər fərdlərin və məhsulların bir-birindən seçilməsi üçün ilahi nemətdir.