Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 47-ci Ayə

Surə 16
Ayə 47

Azərbaycan dilində tərcümə

Yaxud onları (qəflətən deyil) nemətləri onlardan tədricən geri alaraq, ya başqalarının əzabını görməkdən qorxduqları halda yaxalayar. Çünki Rəbbiniz çox mərhəmətli və mehribandır.
Ən-Nəhl surəsi , 47-ci ayə
Ən-Nəhl surəsi 47-ci ayə
Tam Surə

Ən-Nəhl surəsi 47-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 47

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Əzab onları təşviş içində olduqları halda yaxalamazmı? Əlbəttə, sizin Rəbbiniz rəuf (rəfətli) və mehribandır.”
Nöqtələr
Allah-təala bu ayələrdə din əleyhinə qurğu Quranlar üçün 4 növ əzabdan danışır: yer əzabı, göy əzabı, qəfil əzab, ruhi əzab.
Bildirişlər
1. Yalnız höccət tamamlandıqdan, bəhanəyə yer qalmadıqdan sonra ilahi əzab nazil olur. (Ötən ayələrdə peyğəmbərlik mövzusu bəyan olunduqdan sonra bu ayədə müxaliflər hədələnir.)
2. Fitnədən əl çəkmək üçün ilahi əzab ehtimalı bəs edir.
3. Din əleyhinə çalışanlar bilsinlər ki, Allahın elm və qüdrəti qarşısında onların qurğuları puçdur.
4. Allahın qəhr-qəzəbinin vaxtını, yerini və növünü müəyyənləşdirib aradan çıxmaq mümkünsüzdür.
5. Heç bir fərd və amil ilahi qəzəbin qarşısını ala bilməz.
6. Əzab qəfildən və istənilən bir şəraitdə nazil olur. (İstər səfərdə, istər vətəndə, istər yuxuda, istər oyaq vaxt...)
7. Bəzən əzab olaraq qorxu və dəhşət müəyyənləşir və bu hal insanın məhvinə səbəb olur.
8. İnsanın tövbə etməsi üçün əzabı təxirə salıb möhlət vermək Allahın lütfüdür.
9. Allahın qəhr-qəzəbi və tənbehi də tərbiyə və mərhəmət xarakterlidir.