NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 100
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Hər kəs Allah yolunda hicrət etsə, yer üzündə çoxlu və geniş sığınacaqlar tapar. Hər kəs hicrət edərək evindən çıxıb Allaha və Onun peyğəmbərinə üz tutsa, sonra onu ölüm yaxalasa, hökmən mükafatı Allahın öhdəsinədir. Allah bağışlayan və mehribandır.”
Nöqtələr
Məkkə müsəlmanlarından biri xəstələnmişdi. O dedi: «Məni Məkkədən bayıra çıxarın ki, hicrət edənlərdən sayılım.» Onu şəhərdən çıxararkən yolda keçindi. Sonra bu ayə nazil oldu.
Cihad, təhsil, təbliğ üçün hicrətlər kimi müqəddəs hicrətlər bu ayənin nümunəsidir.
İmam Sadiq (ə) buyurmuşdur: "Bir şəxs imam Mehdini (ə) tanımaq üçün evdən və şəhərdən xaric olsa, amma əcəl ona möhlət verməsə, həmin bu ayənin nümunəsi olar.”("Kafi”, c. 1, s. 378. )
Bildirişlər
1. Hicrət genişlik və artım zəminəsi yaradır. "Kim düşməsə izinə, çətin tapa xəzinə.”
2. Biz nəticə gözləmədən vəzifəmizi yerinə yetirməliyik. Əsas məsələ məqsədə çatmaq yox, evdən çıxmaqdır.
3. Allahın və Onun rəsulunun yolunu gedin. Ölüm və həyatdan ötrü nigaran olmayın.
4. Hicrət edənin mükafatı Allah tərəfindəndir. Bu, behiştdən də yuxarı bir mükafatdır.