Əsas məzmuna keç

Ən-Nisa surəsi - 104-cü Ayə

Surə 4
Ayə 104

Azərbaycan dilində tərcümə

(Kafirlərdən olan) o dəstəni axtarmaqda və təqib etməkdə süstlük göstərməyin. Əgər siz ağrı və əziyyət çəkirsinizsə, onlar da sizin kimi ağrı və əziyyət çəkirlər, (halbuki,) siz Allahdan elə bir şeyə ümid edirsiniz ki, onlar (buna) ümid etmirlər. Allah həmişə (hər şeyi) bilən və hikmətlidir.
Ən-Nisa surəsi , 104-cü ayə
Ən-Nisa surəsi 104-cü ayə
Tam Surə

Ən-Nisa surəsi 104-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 104

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Düşməni təqib etməkdə süstlük göstərməyin. Əgər siz əziyyət çəkirsinizsə, həqiqətən, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki siz Allahdan bir şey (qeybi yardımlar və behişt) gözləyirsiniz, onlarsa ümidsizdirlər. Allah biləndir və hikmət sahibidir.”
Nöqtələr
Ühüd döyüşündən sonra Əbu-Süfyan Ühüd dağına çıxıb şüar verdi ki, biz ötən il Bədrdəki məğlubiyyətimizin əvəzində qələbə qazandıq. Peyğəmbərin tərəfdarları dedilər: "Bizim şəhidlər behiştdədir, sizin öldürənlər isə cəhənnəmdə.”
Onlar şüar verdilər: "Bizim «Üzza» bütümüz var, sizinsə yoxdur.” Müsəlmanlar belə cavab verdilər: "Allah bizim mövlamızdır, sizin isə mövlanız yoxdur.”
Sonra kafirlər «Hobə»lin adı ilə şüar verdilər: "Var olsun «Hobəl» bütü!” Müsəlmanlar onların cavabında fəryad çəkdilər: "Allah daha uca və daha cəlallıdır.” Bu ayə nazil olduqdan sonra həzrət Peyğəmbər (s) ümumi səfərbərlik göstərişi verdi. Məqsəd kafirləri geri qayıtmaq fikrindən döndərmək idi.
Bildirişlər
1. Müsəlmanların güclü ruhiyyəsi olmalıdır. Ühüd döyüşündəki kimi ötəri məğlubiyyətlər onları süstləşdirməməlidir.
2. Müdafiə mövqeyi tutmaq əvəzinə düşməni təqib edib, hücum vəziyyətində olun.
3. Möminlərə ruhiyyə verən səbəblərdən biri öz dərdlərini başqalarının dərdləri ilə müqayisə etmək, ilahi yardımlara diqqətli olmaqdır.
4. Bütün zərərlərə və acılıqlara baxmayaraq siz qalibsiniz. Çünki Allahın lütfü ümidindəsiniz.
5. Müsəlmanlar Allahdan növbənöv yardımlar ümidindədirlər. Qeybi yardımlar ümidi, qələbə ümidi, düşmənin məğlub olması ümidi, mənəvi mükafatlar ümidi və bu kimi başqa ümidlər. (Ayədə ümid ünvanı müəyyənləşdirilmədiyindən bütün ümidlər nəzərdə tutulur.)
6. Ümid hərəkət üçün ən böyük təşviqdir. Ümid döyüşçünün ruhi sərmayəsidir. Ya şəhadət və səadət, ya da qələbə!
7. Döyüşlərdə möminlərin çəkdiyi əziyyət Allahın elm və hikmətinə əsaslanır. Ona görə də Allah bu məşəqqətlərin qarşısını almır.