Əsas məzmuna keç

Ən-Nisa surəsi - 122-ci Ayə

Surə 4
Ayə 122

Azərbaycan dilində tərcümə

İman gətirib yaxşı işlər görənləri tezliklə (ev və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəyik (və onlar) orada əbədi qalacaqlar. (Bu,) Allahın verdiyi haqq bir vəddir. Allahdan daha doğru danışan kimdir?!
Ən-Nisa surəsi , 122-ci ayə
Ən-Nisa surəsi 122-ci ayə
Tam Surə

Ən-Nisa surəsi 122-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 122

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"İman gətirib saleh iş görən kəslər tezliklə altından çaylar axan bağlara daxil edilərlər. Həmişə orada olarlar. Allahın vədi haqdır. Sözdə Allahdan düzü kimdir?!”
Bildirişlər
1. İman əməldən ayrı deyil.
2. Əgər bütün əməllər saleh olarsa, səmərə verər. "Əssalihat” sözünün "əlif” və "lam”la gəlməsi bütün xeyir işlərin nəzərdə tutulduğunu göstərir.
3. Hədələmə ilə yanaşı təşviq Quranın tərbiyəvi üsullarındandır. (Əvvəlki ayədə hədə vardısa, bu ayədə təşviq var.)
4. Allahın vədi Onun qadir və ehtiyacsız, müqəddəs zatındandır. Başqalarının vədləri isə ya cəhalət və ehtiyacdan, ya da acizlik və zəiflikdəndir.
5. Dünya ləzzətlərində onları itirmək qorxusu var. Behişt nemətləri isə əbədidir.
6. Şeytanın yalan vədləri ilə Allahın haqq vədlərini müqayisə edib ilahi vədlərə könül verək.