Əsas məzmuna keç

Ən-Nisa surəsi - 124-cü Ayə

Surə 4
Ayə 124

Azərbaycan dilində tərcümə

kişi və ya qadınlardan mömin olaraq yaxşı işlərdən (bir şey) yerinə yetirən kəslər, cənnətə daxil olacaqlar və onlar hətta xurma çərdəyinin arxasındakı nöqtə qədər zülmə məruz qalmayacaq və haqlarından kəsilməyəcəkdir.
Ən-Nisa surəsi , 124-cü ayə
Ən-Nisa surəsi 124-cü ayə
Tam Surə

Ən-Nisa surəsi 124-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 124

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Hər kəs saleh işlər görsə, kişi ya qadın olmasından asılı olmayaraq, mömin olduğu halda behiştə daxil olar. Onlara azca da sitəm olunmaz.”
Nöqtələr
"Nəqir” dimdikləmək mənasını verir. Xurma dənəsinin ucu kiçik dimdiyə oxşadığından "nəqir” adlanır.
Əvvəlki ayədə pis əmələ, bu ayədə saleh əmələ işarə olundu. Yəni mükafat və cəza hər biri əmələ əsaslanır.
Bu ayədə behiştdən, "Nəhl” surəsinin 97-ci ayəsində isə behiştdən əlavə pak həyatdan da danışılır.
Bildirişlər
1. Behiştə daxil olma amili iman və saleh əməldir. Milli mənsubiyyət, iddia və arzunun bu işdə rolu yoxdur.
2. Bütün millətlər, rənglər, təbəqələr ilahi lütfdən bəhrələnmədə eynidir.
3. Saleh əməllərdən bəzilərini yerinə yetirməklə behiştə ümid edin. Çünki kamal nəhayətsiz, kəsb qüdrəti isə məhduddur.
4. Qadın və kişi mənəvi kamilliklərə çatmaqda bərabərdir. Yəhudilər və məsihilər isə bu məsələ ilə bağlı başqa cür düşünürlər.("Təfsire-Fürqan”. )
5. Əməllərin qəbul şərti imandır. İmansız insanların xidmətləri dünyada dəyərləndirilir. Onlar üçün axirət mükafatı yoxdur.("Təfsire-Əl-Mizan”. )
6. Saleh möminin mükafatı behiştdir.
7. Xeyir işlər cüzi də olsa dəyərlidir.