Əsas məzmuna keç

Ən-Nisa surəsi - 130-cu Ayə

Surə 4
Ayə 130

Azərbaycan dilində tərcümə

Əgər (təsadüfən) o ikisi (ərlə arvad) bir-birindən ayrılsalar, Allah onların hər birini Öz (rəhmətinin) genişliyi ilə ehtiyacsız edər. Allah həmişə geniş (vücud, qüdrət, elm və rəhmət)(xilqət və şəriətdə) möhkəm yaradılış sahibidir.
Ən-Nisa surəsi , 130-cu ayə
Ən-Nisa surəsi 130-cu ayə
Tam Surə

Ən-Nisa surəsi 130-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 130

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əgər onlar ikisi bir-birindən ayrılsalar, Allah onların hər birini Öz kərəm və vüsətindən ehtiyacsız edər. Allah daim açılış verəndir və hikmət sahibidir.”
Bildirişlər
1. İslamda ailə üçün çıxılmaz vəziyyət yoxdur. (İndiki məsihiliyin ziddinə olaraq.) Əgər əfv, sülh, hədd icrası, xəbərdarlıqlar səmərə verməsə, boşanma var.
2. Ailə həyatında çətinlik yarandıqda məyus olmamalıyıq. Sadəcə, yolu dəyişmək lazımdır.
3. İlk addım islah və təqvadır. Son addım ayrılıq və boşanma!
4. Boşanma heç də həmişə pis deyil. Bəzən çıxış yolu yalnız boşanma olur. Boşanma olmayan yerdə ixtilaflar bəzən intihar və qeyri-şəri əlaqələrlə nəticələnir. Boşanma yeni bir həyatın təşkilinə ümid verir.
5. Allah düyünləri açmağa zamindir.
6. Ailə həyatının vüsəti hərə üçün bir cürdür. Kimi üçün izdivac(Bax: "Nur”, 32. ), kimisi üçün də boşanma çıxış yoludur. Nə izdivacdan, nə də boşanmadan qorxmaq lazım deyil. Vəzifəsinə əməl edən insana Allah ehtiyacsızlıq vəd etmişdir.
7. Ruzi Allahın əlindədir.
8. Boşanmanın qanuniliyi ilahi bir fəzldir və hikmətə əsaslanır.
9. Vüsət və qüdrətdən bəhrələnmə hikmətə əsaslandıqda dəyərli olur. Əks-təqdirdə, uyğun bəhrələnmə təhlükəlidir.