Əsas məzmuna keç

Ən-Nisa surəsi - 139-cu Ayə

Surə 4
Ayə 139

Azərbaycan dilində tərcümə

Həmin o kəsləri ki, möminlərin yerinə kafirləri özlərinə başçı, köməkçi və dost tuturlar. (Münafiqlər) izzət və əzəməti onların (kafirlərin) yanında axtarırlar? Belə isə (bilsinlər ki,) həqiqətən bütün izzətlər Allaha məxsusdur.
Ən-Nisa surəsi , 139-cu ayə
Ən-Nisa surəsi 139-cu ayə
Tam Surə

Ən-Nisa surəsi 139-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 139

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Kafirləri möminlərin yerinə rəhbər və dost tutanlar izzəti onlarınmı yanında axtarırlar? Həqiqətən, bütün izzətlər Allahındır.”
Nöqtələr
Bu ayənin kafirləri dost və rəhbər tutmaqdan ibarət məzmunu "Ali-İmran” surəsinin 28-ci ayəsində də bəyan olunmuşdur.
İlkin İslam dövründə münafiqlər Mədinə yəhudiləri və Məkkə müşrikləri ilə əlaqədə idilər. Onlar bu yolla müsəlmanlar məğlub olacağı təqdirdə zərərdən və mövqelərini itirməkdən amanda qalmaq fikrində idilər.
İzzət yalnız Allahın əlindədir. Çünki izzət qaynağı ya elmdir, ya da qüdrət. Allahdan qeyriləri elm və qüdrətdən bəhrəsizdirlər. "Şəbaniyyə” münacatında oxuyuruq: "Pərvərdigara! Mənim artımım və ya zərərim yalnız Sənin əlindədir, bir başqasının yox!”
Bildirişlər
1. Kafirlərə bağlılıqda izzət axtarmaq münafiq sifətidir.
2. Kafirlərin möminlərə rəhbərlik etməyə haqqı yoxdur. Möminlər də kafirlərin hakimiyyət sıxıntısını qəbul etməməlidirlər.
3. Xarici siyasətdə kafir ölkələri ilə rabitəni genişləndirmək əvəzinə, müsəlman ölkələri ilə yaxınlıq fikrində olaq.