Əsas məzmuna keç

Ən-Nisa surəsi - 140-cu Ayə

Surə 4
Ayə 140

Azərbaycan dilində tərcümə

Həqiqətən Allah sizə bu kitabda (6-cı surənin 68-ci ayəsində) nazil edib ki, Allahın ayələrinin və nişanələrinin inkar və məsxərə edildiyini eşitdiyiniz zaman, onlar başqa bir söhbətə girişənə qədər onlarla bir yerdə oturmayın, əks halda siz də onlar kimisiniz. Şübhəsiz, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır.
Ən-Nisa surəsi , 140-cu ayə
Ən-Nisa surəsi 140-cu ayə
Tam Surə

Ən-Nisa surəsi 140-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 140

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Həqiqətən, Allah Quranda sizə (bu hökmü) nazil etmişdir ki, Allahın ayələrinin inkar və ya məsxərə olunduğunu eşitdikdə həmin adamlarla əyləşməyin ki, söhbəti dəyişsinlər. Yoxsa siz də onlar kimi olacaqsınız. Həqiqətən, Allah bütün münafiqləri və kafirləri cəhənnəmdə toplayar.”
Nöqtələr
"Ənam” surəsinin 68-ci ayəsi bu ayənin oxşarıdır. Ayədə Allahın rəsuluna xitabən buyurulur: "Əgər kimlərinsə Bizim ayələrimiz haqqında pis danışdığını görsən, onlardan üz döndər ki, söhbətin mövzusu dəyişilsin.”
Bildirişlər
1. İnsan ətrafındakıların haqsız danışıqlarına biganə qalmamalıdır.
2. Günah məclisində sükut və xoş rəftarın özü günahdır.
3. Ya günahkar mühiti dəyişin, ya da həmin mühitdən uzaqlaşın.
4. Təkcə günah etməmək kifayət deyil. Günah məclisini pozmaq və başqalarının azğınlığının qarşısını almaq lazımdır.
5. Azad söz, açıq qəlblilik, xoş əxlaq, həya, xalqla keçinmə kimi bəhanələrlə dinin məsxərəsi qarşısında sükut etmək olmaz.
6. Təəssüb, dini qeyrət, mövqeli yanaşma gerçək iman şərtidir.
7. Küfrün təşviq və gücləndirilməsi, dinə istehza istənilən bir şəkildə haramdır.
8. Qarşı tərəfin düşüncə və əqidə baxımından düzgünlüyü onunla ünsiyyət şərtidir.
9. Həm rabitənin, həm də rabitəni qırmağın öz yeri var. Həm cazibə lazımdır, həm də dəfetmə.
10. Başqalarının günahına razı olan şəxs həmin günaha şərikdir.
11. Kafirlərin pis danışığı qarşısında sükut bir növ münafiqlikdir.
12. Axirət yoldaşlığı dünya yoldaşlığının mükafatıdır.