Əsas məzmuna keç

Ən-Nisa surəsi - 157-ci Ayə

Surə 4
Ayə 157

Azərbaycan dilində tərcümə

və eləcə də «biz Allahın peyğəmbəri Məryəm oğlu İsanı öldürdük» demələrinə görə (lənət və əzaba düçar oldular)! Halbuki onu öldürmədilər və çarmıxa çəkmədilər, amma iş onlara belə göründü (güman etdilər ki, İsa döyüşdə öldürüldü, yaxud onun şəklində olan başqa bir şəxsin öldürülməsini güman etdilər, yaxud da yalandan peyğəmbərlik iddiasında olan İsa adlı birisi bir müddətdən sonra öldürüldü). Həqiqətən onun barəsində fikir ayrılığında olanlar bu barədə şəkk və tərəddüd içərisindədirlər və o haqda zənn və gümana tabe olmaqdan başqa bir elmləri yoxdur. Onu həqiqətən öldürməyiblər,
Ən-Nisa surəsi , 157-ci ayə
Ən-Nisa surəsi 157-ci ayə
Tam Surə

Ən-Nisa surəsi 157-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 157

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Əzabımız və lənətimiz onları bürüdü.) O söz ki, deyirdilər: "Biz İsa ibn Məryəmi, Allahın elçisini öldürdük.” Halbuki onlar İsanı öldürmədilər, dardan asmadılar. Amma işi dolaşıq saldılar. (İsaya oxşar birisini öldürdülər.) İsa haqqında ixtilafda olanlar özləri şəkdə idilər. Onlar yalnız gümanlara uyurdular və heç birinin öz dediyinə yəqini yox idi. Şübhəsiz, onu öldürməmişdilər.”