Əsas məzmuna keç

Ən-Nisa surəsi - 16-cı Ayə

Surə 4
Ayə 16

Azərbaycan dilində tərcümə

(Ey İslam hakimləri) sizlərdən həmin əməli (zinanı) etmiş hər iki nəfəri (arvadı olmayan kişi ilə əri olmayan qadını ilahi cəza növünün icrası ilə) incidin. Əgər (cinayətlərinin qazının yanında sübut olunmasından qabaq) tövbə etsələr və (özlərini) düzəltsələr, onlardan vaz keçin. Həqiqətən Allah həmişə tövbələri qəbul edən və mehribandır.
Ən-Nisa surəsi , 16-cı ayə
Ən-Nisa surəsi 16-cı ayə
Tam Surə

Ən-Nisa surəsi 16-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 16

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Sizlərdən günah və zina ardınca gedən hər iki nəfərə əziyyət verin (onlara hədd təyin edin). Əgər tövbə edib, islah olsalar, onları bağışlayın, (çünki) Allah tövbələri qəbul edən və mehribandır.”
Nöqtələr
Təfsirlərdə bu ayə müxtəlif şəkillərdə mənalandırılmışdır. Yuxarıdakı məna isə "Təfsire-nümunə”yə aiddir. Əlbəttə ki, başqa mənalar da nəzərə gəlir: Əgər iki kişi günah etmək(homoseksualizmlə məşğul olmaq) qərarına gəlmişlərsə, amma hələ ki, yalnız müqəddimə işləri görülmüşdür, bu işin gələcəkdə baş verəcəyinə əmin olduğunuz halda onları nəhy əz münkər baxımından tənbeh edib hədələyin. Əgər peşman olub günahdan əl çəksələr, siz də onları bağışlayın. Allah tövbələri qəbul edən və rəhimlidir. Ayədəki "vəlləzani” sözü qadın və kişiyə yox, iki kişiyə aiddir. "Fəazuhuma” sözü isə həddin icrası yox, tənbeh mənasını bildirir. Tövbə və islah isə qazinin hökmündən qabaq fikirdən daşınmaya aiddir.”Yətiyaniha” sözünü isə günaha müqəddimənin icrası mənasında başa düşmək olar. Xalq arasında bu söz günah astanasında olan insana aid edilir. Məsələn, bir şəxs kimlərisə qonaq çağırıb hazırlıq görürsə, "filankəs qonaqlıq edir” deyirlər.
Zinakarın tövbəsi və onun günaha görə cəzalandırılmaması iş mühakiməyə gedənədəkdir. Hökm çıxarıldıqdan sonra isə tövbə cəzanın qarşısını almır.