Əsas məzmuna keç

Ən-Nisa surəsi - 174-cü Ayə

Surə 4
Ayə 174

Azərbaycan dilində tərcümə

Ey insanlar, həqiqətən Rəbbinizdən sizə (peyğəmbər, din və onun möcüzələri kimi) bir dəlil-sübut gəlmişdir. Və sizin üçün aşkar və aydınlıq gətirən bir nur (Qur’an) nazil etdik.
Ən-Nisa surəsi , 174-cü ayə
Ən-Nisa surəsi 174-cü ayə
Tam Surə

Ən-Nisa surəsi 174-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 174

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Ey xalq! Rəbbiniz tərəfindən sizin üçün dəlil gəlmişdir. (Quran kimi) aydınladan bir nuru sizə doğru endirdik.”
Nöqtələr
Rəvayətlərə əsasən, ayədəki "bürhan” sözü peyğəmbərə, "nure-mubin” ifadəsi isə Qurana aiddir. Doğrudan da, peyğəmbər dinin dəlilidir. Çünki dərs oxumamış bir kəs belə bir maarif və kitab gətirmişdir. Zaman ötdükcə, elmlər inkişaf etdikcə dinin haqq olması və təlimlərinin dərinliyi aydınlaşır.
Bildirişlər
1. Quran bütün nəsillər və əsrlərdə danışır. Quranın xitabı bütün dünyadır.
2. Nur və dəlil göndərilməsi Allahın rübubiyyət şənindəndir.
3. Quran dəlil, hidayət və nur kitabıdır.