Əsas məzmuna keç

Ən-Nisa surəsi - 175-ci Ayə

Surə 4
Ayə 175

Azərbaycan dilində tərcümə

Allah tezliklə Ona iman gətirmiş və sığınmış kəsləri Öz tərəfindən olan bir rəhmət və mərhəmətə daxil edəcək və Özünə tərəf olan doğru yola hidayət edəcəkdir.
Ən-Nisa surəsi , 175-ci ayə
Ən-Nisa surəsi 175-ci ayə
Tam Surə

Ən-Nisa surəsi 175-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 175

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Allaha iman gətirib Ona bağlanan kimsələri (Allah) tezliklə Öz rəhmət və fəzlinə daxil edər. (Allah) onları Özünə doğru haqq yolda hidayət edər.”
Nöqtələr
Bu ayədə «Allaha bağlanmaq» dedikdə ilahi övliya və rəhbərlərə bağlılıq nəzərdə tutula bilər. Belə bir bağlılıq təfriqənin qarşısını alır. "Cameə” ziyarətində bu nöqtəyə toxunulur.
Əvvəlki iki ayədə iman və saleh əməl ilahi lütf əldə olunması vasitəsi sayılır. Bu ayədə isə iman və Allaha bağlılıq vasitə kimi tanıtdırılır. Bu onu göstərir ki, iman və Allaha bağlılıq həmin iman və əməldir və bu ikisi dəfələrlə Quranda birgə gəlmişdir.
Bildirişlər
1. İlahi mükafatlar bizim haqqımız yox, Allahın fəzl və rəhmətidir. Şübhəsiz ki, məhdud zəhmətin əvəzi əbədi behişt ola bilməz.
2. Allah istədiyini hidayət etsə də, hidayət zəminəsi və vasitəsi insanın iman və bağlılığı ilə əldə olunur.
3. İman və ilahi bağlılıqdan sonra da hidayətə ehtiyac var. İnsan bir an belə ilahi hidayətdən ehtiyacsız deyil.
4. Doğru yol o yoldur ki, insanı Allaha çatdırsın.