Əsas məzmuna keç

Ən-Nisa surəsi - 26-cı Ayə

Surə 4
Ayə 26

Azərbaycan dilində tərcümə

Allah (dinin hökm və maarifini) sizə aydınlaşdırmaq, sizi sizdən əvvəlkilərin (dini) adətlərinə hidayət etmək və nəzərini sizə yönəltməklə tövbənizi qəbul etmək istəyir. Allah bilən və hikmət sahibidir.
Ən-Nisa surəsi , 26-cı ayə
Ən-Nisa surəsi 26-cı ayə
Tam Surə

Ən-Nisa surəsi 26-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 26

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Allah sizin üçün (bu qanunlarla səadət yolunu) aşkarlamaq və əvvəlkilərinizin (yaxşı) sünnələrinə hidayət etmək istəyir. Allah istəyir ki, sizi günahdan pak etsin. Allah biləndir və hikmət sahibidir.”
Bildirişlər
1. Allahın sünnəsi hidayət, bəyan və bildirişdir.
2. Keçmişdəkilərin yaxşı ənənələrinə itaət və təqlid edilməlidir.
3. İslamın izdivac haqqındakı hökm və göstərişləri sair səmavi dinlərdəki hökm və göstərişlərdən fərqlənmir.
4. Allah insana Öz lütfünü əta edir.
5. İzdivacdakı icazələr və qadağalar elm, hikmət və məsləhətə əsaslanır.