Əsas məzmuna keç

Ən-Nisa surəsi - 27-ci Ayə

Surə 4
Ayə 27

Azərbaycan dilində tərcümə

Həmçinin Allah sizə nəzər salmaq istəyir. Nəfsi istəklərə tabe olanlar isə sizin böyük bir əyriliklə (haqq yoldan) sapmağınızı istəyirlər.
Ən-Nisa surəsi , 27-ci ayə
Ən-Nisa surəsi 27-ci ayə
Tam Surə

Ən-Nisa surəsi 27-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 27

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Allah sizi bağışlamaq (çirkinliyinizi təmizləmək) istəyir. Amma nəfsinə itaət edənlər sizi böyük azğınlığa sövq etdirmək istəyirlər.”
Nöqtələr
İlkin baxışda cinsi azadlıqlar bir növ ləzzət və kam almaqdır. Amma bu işin fərdi və ictimai təsirlərinə nəzər saldıqda, onun böyük bir süqut olduğu aydınlaşır. Açıq-saçıqlıq cismi korlayır, düşüncəni azdırır, mal-mülkü puça çıxarır, arxayınlığı aradan qaldırır. Cinsi azadlıq ailə əsaslarını sarsıdır, cəmiyyətə qeyri-qanuni doğulmuş uşaqlar verilir, cinsi xəstəliklər, psixoloji sarsıntılar tüğyan edir. Bir sözlə, cinsi azadlığın bəhrəsi ən böyük əsarətlərdir.
Bildirişlər
1. İzdivacla bağlı müəyyənləşdirilmiş məhdudiyyətlər Allahın insan və bəşər cəmiyyətinə lütfünün rəmzidir.
2. Şəhvətpərəstlərin yolunu getməyin, onlara təqlid etməyin. Onlar sizin düşmənlərinizdir.
3. Açıq-saçıq, pozğun həvəsbazlar yalnız sizi şəhvət dəryasında qərq edəndən sonra rahat olasıdırlar. Onlar sizi özlərinə yoldaş etmək istəyirlər.
4. İslamda cinsi əxlaq orta həddə əsaslanır, nə ifrata varır, nə də təfritə yol verir. Həvəspərəstlər isə sizi ifrat yola çağırırlar.
5. Yol seçimində diqqətli olaq. Ayədə "yurid” sözü iki dəfə işlədilmişdir. Bunların biri Allahın, digəri isə həvəsbazların iradəsinə işarədir. Kimin iradəsinə tabe olmalıyıq?!