Əsas məzmuna keç

Ən-Nisa surəsi - 75-ci Ayə

Surə 4
Ayə 75

Azərbaycan dilində tərcümə

Sizə nə olub ki, Allah yolunda və (o günlərdə müşriklərin hakimiyyəti altında olan Məkkə müsəlmanlarının, eləcə də bütün əsrlərdə zəmanə imperiyalarının hakimiyyəti altında olan) kişi, qadın və uşaqlardan ibarət müstəzəflərin (zəif hala salınıb həmin halda saxlanılan təbəqənin) - həmişə «ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə Öz tərəfindən bir başçı ver və bizə Öz tərəfindən bir köməkçi təyin et» deyən kəslərin (nicatı) uğrunda vuruşmursunuz?!
Ən-Nisa surəsi , 75-ci ayə
Ən-Nisa surəsi 75-ci ayə
Tam Surə

Ən-Nisa surəsi 75-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 75

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Sizə nə olub ki, Allah yolunda və "Pərvərdigara, bizi əhalisi zalım olan şəhərdən çıxar və Özünə doğru apar, bizim üçün rəhbər qərar ver, Öz tərəfindən bizə yardımçı təyin et” deyən zəif düşmüş kişilər, qadınlar və uşaqlar yolunda savaşmırsınız?!”
Nöqtələr
Ayə Məkkə əhlinin təzyiq və işkəncələri altında baş götürüb qaçan müsəlmanlar haqqındadır. Azadlıqları uğrunda cihaddan boyun qaçıranlar məzəmmət olunurlar.
Müstəzəflərin kimliyi barədə verilən suallara İmam Sadiq (ə) belə cavab verir: "O kəslər ki, nə mömindirlər, nə də kafir.”("Təfsire-Əyyaşi”, c. 1, səh. 257.  )
Bildirişlər
1. Müsəlmanlar bir-birlərinə münasibətdə dini qeyrət və təəssüb göstərməlidirlər. Onlar bir-birlərinin nalələrinə və fəryadlarına biganə qalmamalıdırlar.
2. İslami cihadın hədəflərindən biri müstəzəfləri zalım hakimlərin zülmündən xilas etməkdir.
3. İslam sərhəd tanımır. Harada müstəzəf varsa, cihad da vardır.
4. İslam ordusu o qədər güclü olmalıdır ki, bütün dünya məhrumlarına nicat verə bilsin.
5. Cihada dəvət üsulunda xalqın hisslərindən faydalanmaq lazımdır.
6. Müsəlmanlara rəhbərlik Allah tərəfindən olmalıdır.