NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 76
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"İman gətirənlər Allahın yolunda cihad edirlər. Kafir olanlar isə tağut yolunda döyüşürlər. Beləcə, şeytanın dostları və köməkçiləri ilə döyüşün (və qorxmayın), çünki şeytanın hiyləsi zəifdir.”
Nöqtələr
Kafirlərin şeytani hiylələri böyük olsa(Bax: "Nuh”, 22. ) və az qala dağları yerindən oynatsa da,(Bax: "İbrahim”, 46. ) bütün bu hiylələr Allahın iradəsi qarşısında süst və zəifdir.
Bildirişlər
1. Kafirlərlə cihad iman şərtidir.
2. İslamda cihad Allahın razılığı və dinin qorunması üçündür. Bu cihadda fatehlik və intiqam istəkləri yoxdur.
3. İlahi və qeyri-ilahi cəmiyyətləri döyüş növündən tanımaq olar.
4. Döyüş və ziddiyyət həmişə olmuşdur və indi də var. Amma əsas məsələ hansı yolda və hansı məqsədlə vuruşmaqdır.
5. Küfr, tağut və şeytan üçbucağı möhkəm ittifaqa malikdir.
6. Mübarizənin iki növünü müqayisə etməklə öz işinizi dəyərləndirin və döyüşə qatılın.
7. Düşmənin planları olsa da qorxmayın, çünki bu planlar zəifdir.
8. Tağut xəttinin və şeytan yolunun sonu əliboşluqdur.