Əsas məzmuna keç

Taha ‏ surəsi - 10-cu Ayə

Surə 20
Ayə 10

Azərbaycan dilində tərcümə

O zaman o, (Mədyəndən Misirə gedəndə Tuva səhrasının yaxınlığında yolu itirdiyi vaxt) bir od görmüş və ailəsinə demişdi: Siz dayanın. Mən həqiqətən bir od gördüm. Bəlkə ondan sizə bir şölə gətirdim və ya odun başında yol göstərən tapdım.
Taha ‏ surəsi , 10-cu ayə
Taha ‏ surəsi 10-cu ayə
Tam Surə

Taha ‏ surəsi 10-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 10

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Od görən zaman ailəsinə belə dedi: "Bir qədər yubanın, həqiqətən, mən od tapdım. Ola bilsin ki, sizin üçün ondan bir qədər gətirəm və ya od vasitəsilə yolu tapam.”

Nöqtələr
"Qəbəs” dedikdə alov kütləsindən ayrılmış bir parça od nəzərdə tutulur.
Surənin bir hissəsində həzrət Musanın əhvalatı ətraflı şəkildə bəyan olunmuşdur:
a) Həzrət Musanın peyğəmbərlik üçün seçilməsi;
b) Həzrət Musanın Fironu haqqa dəvət etməsi;
v) Musanın Misirdən çıxması və Fironun qərq olması;
q) Bəni-İsrailin buzovpərəstliyi.
Həzrət Musa hamilə zövcəsi ilə birlikdə yola çıxdı və biyabanda yolu itirdi. Qaranlıq biyabanda, soyuq və yağışlı havada qızınmaq və yolu tapmaq üçün oda ehtiyac vardı. Həmin vaxt uzaqdan od göründü. Həzrət Musa həmin tərəfə üz tutdu. Qəfildən nida gəldi və Allah-təala həzrət Musanı peyğəmbərliyə seçdi. (Həmin gecə cümə gecəsi idi.)("Nisa”, 146)
Bəli, Musa özünü və ailəsini xilas etmək üçün oda doğru getdi. Amma Allah ona başqalarının xilası üçün yol açdı. O, adi bir yol axtarırdı, Allah isə ona mənəviyyat və səadət yolu göstərdi. Fərdi hidayət yolu axtaran Musa ümmətin hidayət yoluna çıxarıldı.
Bildirişlər
1. Tarixi həqiqətləri bəyan edərkən əvvəlcə qarşı tərəfdə dinləmək arzusu yaradaq, sonra macəranı nəql edək.
2. Təbliğ və tərbiyə gedişində sual ünvanlamaq münasib bir üsuldur.
3. Tarixin bəyanı həm təcrübə dərsidir, həm də ibrət vasitəsi. Bu tarix peyğəmbər üçün bir təsəllidir. (Quran dilində "hədis” dedikdə yeni bir hadisə yox, tarix mənası anlaşılır.)
4. İnsan bəzən ilahi nuru od şəklində görür.("Təfsire-nurus-səqəleyn”. )
5. Qadınlar tarix boyu kişilərlə çiyin-çiyinə həyat acılıqlarını dadmışlar.
6. Acı hadisələrdən qorxmayın. Çünki bəzən zahirən acı hadisələrdən Allahın lütfü zahir olur.
7. Kişi ailənin ehtiyaclarını təmin etməyə vəzifəlidir.