Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Taha ‏ surəsi

Taha ‏ surəsi Ayələri

Toplam 135 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Taha ‏ surəsi Ayə 1

Quran-ı Kərim

Ta Ha. (Mən pak, qüsursuz və hidayət edənəm. Ey Muhəmməd! Ey pak qəlbli və yol göstərən böyük insan! Namaz vaxtı hər iki ayağını yerə qoy.)
Link
Ayə 1
2

Taha ‏ surəsi Ayə 2

Quran-ı Kərim

Biz Qur’anı sənə (onun icrası yolunda, yaxud onun qəbul edilməməsindən təəssüflənməklə, yaxud da ağır ibadətlər etməklə) zəhmət və əziyyətə düşməyin üçün nazil etmədik.
Link
Ayə 2
3

Taha ‏ surəsi Ayə 3

Quran-ı Kərim

Lakin (Biz onu) qorxan (tovhid fitrəti əsasında xilqətində yaradılışın mənşəyi və məad qorxusu olan) hər bir kəsə bir öyüd olması üçün (göndərdik).
Link
Ayə 3
4

Taha ‏ surəsi Ayə 4

Quran-ı Kərim

(Bu Qur’an) yeri və uca göyləri yaradan tərəfindən nazil edilmişdir.
Link
Ayə 4
5

Taha ‏ surəsi Ayə 5

Quran-ı Kərim

Rəhman olan Allah (varlıq aləminin səltənət və hökmranlıq) taxtın(ın) üzərində qərar tutmuşdur.
Link
Ayə 5
6

Taha ‏ surəsi Ayə 6

Quran-ı Kərim

Göylərdə, yerdə, onların ikisinin arasında və torpağın altında (və yer kürəsində) olanlar(ın hamısı) Ona məxsusdur (onların hamısının yaradılışı, qorunması, idarə edilməsi və yox edilməsi Onun istək və qüdrətinə tabedir).
Link
Ayə 6
7

Taha ‏ surəsi Ayə 7

Quran-ı Kərim

Əgər sözünü aşkar desən (buna ehtiyac yoxdur), çünki O, gizlini də, daha gizlini də bilir (gizlidən məqsəd xəlvəti söhbət, daha gizlidən məqsəd isə qəlbə gələn və ya hətta heç qəlbə də gəlməyən fikirdir).
Link
Ayə 7
8

Taha ‏ surəsi Ayə 8

Quran-ı Kərim

Tək olan Allah (ki), Ondan başqa bir məbud yoxdur! Ən gözəl adlar Ona məxsusdur. (Onun vacibəl-vücud, qədim və əzəli kimi bəzi adları Ondan qeyrisinə şamil edilə bilməz. Həyy, alim və qadir kimi bəzi adları isə müəyyən qoşmalarla şamil edilə bilər.)
Link
Ayə 8
9

Taha ‏ surəsi Ayə 9

Quran-ı Kərim

Musanın hekayəti sənə çatıbmı?
Link
Ayə 9
10

Taha ‏ surəsi Ayə 10

Quran-ı Kərim

O zaman o, (Mədyəndən Misirə gedəndə Tuva səhrasının yaxınlığında yolu itirdiyi vaxt) bir od görmüş və ailəsinə demişdi: Siz dayanın. Mən həqiqətən bir od gördüm. Bəlkə ondan sizə bir şölə gətirdim və ya odun başında yol göstərən tapdım.
Link
Ayə 10
11

Taha ‏ surəsi Ayə 11

Quran-ı Kərim

Beləliklə oda çatanda nida gəldi ki: Ey Musa!
Link
Ayə 11
12

Taha ‏ surəsi Ayə 12

Quran-ı Kərim

Həqiqətən sənin Rəbbin Mənəm! Buna görə də nəleynini (ayağından) çıxart. Çünki sən müqəddəs Tuva çölündəsən (müqəddəs yerə ayaqqabı ilə girmək olmaz).
Link
Ayə 12
13

Taha ‏ surəsi Ayə 13

Quran-ı Kərim

Mən səni (peyğəmbərlik və imamətə) seçdim. Odur ki, edilən vəhyi dinlə.
Link
Ayə 13
14

Taha ‏ surəsi Ayə 14

Quran-ı Kərim

Şübhəsiz, bu Mənəm – tək Allah ki, Məndən başqa bir məbud yoxdur. Buna görə də Mənə ibadət et və namazı Məni anmaq üçün qıl!
Link
Ayə 14
15

Taha ‏ surəsi Ayə 15

Quran-ı Kərim

Qiyamət günü mütləq gələcəkdir. (Həmin gün) hər bir kəsə çalışdığının əvəzinin verilməsi üçün onu(n vaxtını) gizlətmək istəyirəm.
Link
Ayə 15
16

Taha ‏ surəsi Ayə 16

Quran-ı Kərim

Buna görə də, ona iman gətirməyən və (nəfsi) istəklərinə tabe olmuş bir şəxs əsla səni ondan (Qiyamətə inanmaqdan) yayındırmasın, ki, həlak olarsan.
Link
Ayə 16
17

Taha ‏ surəsi Ayə 17

Quran-ı Kərim

Ey Musa, sağ əlindəki nədir?
Link
Ayə 17
18

Taha ‏ surəsi Ayə 18

Quran-ı Kərim

Dedi: Bu, mənim əsamdır. Ona söykənirəm və onunla qoyunlarıma (ağacdan) yarpaq (qırıb) tökürəm. Mənim ona başqa ehtiyaclarım da var.
Link
Ayə 18
19

Taha ‏ surəsi Ayə 19

Quran-ı Kərim

(Allah) buyurdu: Ey Musa, onu (yerə) at
Link
Ayə 19
20

Taha ‏ surəsi Ayə 20

Quran-ı Kərim

Beləliklə (Musa) onu (əsanı yerə) atdı. O dərhal sürətlə hərəkət edən qorxulu və zəhərli bir ilan oldu.
Link
Ayə 20
21

Taha ‏ surəsi Ayə 21

Quran-ı Kərim

(Allah) buyurdu: Onu götür və qorxma. Onu tezliklə əvvəlki vəziyyətinə qaytaracağıq.
Link
Ayə 21
22

Taha ‏ surəsi Ayə 22

Quran-ı Kərim

Əlini qoltuğunun altına qoy (və çıxar), onda heç bir qüsur olmadan digər bir nişanə və möcüzə olaraq ağ və nurlu çıxsın.
Link
Ayə 22
23

Taha ‏ surəsi Ayə 23

Quran-ı Kərim

(Bu iki möcüzəni) Özümüzün böyük nişanələrimizdən bəzilərini sənə göstərmək üçün (təqdim etdik).
Link
Ayə 23
24

Taha ‏ surəsi Ayə 24

Quran-ı Kərim

(İndi) Fironun yanına get ki, o, həddini aşaraq azğınlaşıb.
Link
Ayə 24
25

Taha ‏ surəsi Ayə 25

Quran-ı Kərim

Dedi: Ey Rəbbim, sinəmi genişləndir (mənə çoxlu səbr və hövsələ ver).
Link
Ayə 25
26

Taha ‏ surəsi Ayə 26

Quran-ı Kərim

İşimi mənə asanlaşdır (peyğəmbərliyin yerinə yetirilməsində mənə kömək et).
Link
Ayə 26
27

Taha ‏ surəsi Ayə 27

Quran-ı Kərim

Dilimdən (məqsədin çatdırılmasına mane olan) düyünü aç
Link
Ayə 27
28

Taha ‏ surəsi Ayə 28

Quran-ı Kərim

ki, sözümü başa düşsünlər.
Link
Ayə 28
29

Taha ‏ surəsi Ayə 29

Quran-ı Kərim

Ailəmdən mənə bir vəzir və yardımçı ver.
Link
Ayə 29
30

Taha ‏ surəsi Ayə 30

Quran-ı Kərim

Qardaşım Harunu.
Link
Ayə 30
31

Taha ‏ surəsi Ayə 31

Quran-ı Kərim

Arxamı onunla möhkəmləndir.
Link
Ayə 31
32

Taha ‏ surəsi Ayə 32

Quran-ı Kərim

Və onu işimə (ilahi tapşırığın Sənin tərəfindən çatdırılması işinə) şərik et
Link
Ayə 32
33

Taha ‏ surəsi Ayə 33

Quran-ı Kərim

ki, Səni (qibtilərin və fironçuların arasında aşkarcasına) pak sifətlərlə çox mədh edək və (şəriki olmaqdan) pak (və uzaq) bilək.
Link
Ayə 33
34

Taha ‏ surəsi Ayə 34

Quran-ı Kərim

Və Səni çox yad edək
Link
Ayə 34
35

Taha ‏ surəsi Ayə 35

Quran-ı Kərim

Çünki Sən bizi (biz əhli-beyti, həmçinin bizim Səni pak sifətlərlə mədh etməyimizi və Səni yada salmağa bağlılığımızı) həmişə görürsən.
Link
Ayə 35
36

Taha ‏ surəsi Ayə 36

Quran-ı Kərim

(Allah) buyurdu: Ey Musa, şübhəsiz, istədiklərinin hamısı sənə verildi.
Link
Ayə 36
37

Taha ‏ surəsi Ayə 37

Quran-ı Kərim

Əlbəttə, Öz lütflərimizi sənə bir dəfə də şamil et(miş)dik.
Link
Ayə 37
38

Taha ‏ surəsi Ayə 38

Quran-ı Kərim

(Sənin nicatın barəsində) lazım olanı ananın qəlbinə ilham etdiyimiz zaman.
Link
Ayə 38
39

Taha ‏ surəsi Ayə 39

Quran-ı Kərim

(Ona ilham etdik) ki: Onu bir sandığa qoy və onu dənizə at. Sonra (Bizim əzəli istəyimiz belə oldu ki,) gərək dəniz onu, Mənim və onun düşməninin götürməsi üçün sahilə atsın. Və (bir sıra xeyirlərə görə və) həmçinin (öhdənə yüksək məqam götürəcəksən deyə) Öz nəzarətim altında tərbiyə alıb yetişməyin üçün Öz tərəfimdən (qəlblərə) sənin məhəbbətini saldım.
Link
Ayə 39
40

Taha ‏ surəsi Ayə 40

Quran-ı Kərim

O zaman bacın (sənin sandığının arxasınca) gedir və (uşaq üçün dayə axtaran fironçulara) deyirdi: Sizə onu(n qorunmasını və ona süd verilməsini) öhdəsinə götürən bir adam göstərimmi? Belələliklə gözləri aydın olsun və qəm yeməsin deyə səni anana qaytardıq. Həmçinin (fironçulardan) birini öldürdün (və onlar da səni öldürmək qərarına gəldilər). Belə olan halda Biz səni həmin qəmdən qurtardıq və bir sıra imtahanlarla sınadıq. Beləliklə illərlə Mədyən əhalisinin arasında qaldın. Sonra ey Musa, (Bizim əzəli) qərar(ımız və yüksək mənəvi kamilliklər) əsasında (peyğəmbərlik məqamına) gəldin.
Link
Ayə 40
41

Taha ‏ surəsi Ayə 41

Quran-ı Kərim

Və səni (peyğəmbərlik məqamını öhdənə götürmək, kitabı qəbul etmək, küfrlə mübarizə aparmaq və cəmiyyəti islah etmək kimi) Özüm(ün hədəflərim) üçün (tərbiyə olunmuş və bütün cəhətlərdə kamala çatmış bir insan) etdim.
Link
Ayə 41
42

Taha ‏ surəsi Ayə 42

Quran-ı Kərim

Sən və qardaşın Mənim möcüzələrimlə (hazırkı iki möcüzə və sonra verəcəyim digər möcüzələrlə) birlikdə (fironçuların yanına) gedin və Məni yada salmaqda süstlük göstərməyin.
Link
Ayə 42
43

Taha ‏ surəsi Ayə 43

Quran-ı Kərim

Fironun yanına gedin ki, o, həddini aşaraq azğınlaşıb.
Link
Ayə 43
44

Taha ‏ surəsi Ayə 44

Quran-ı Kərim

Onunla yumşaq danışın, bəlkə qəbul etdi və ya qorxdu (və qəbul etməyə yaxınlaşdı).
Link
Ayə 44
45

Taha ‏ surəsi Ayə 45

Quran-ı Kərim

Dedilər: Ey Rəbbimiz! Biz (ilahi tapşırığın çatdırılmasından qabaq) onun bizə qəzəblənərək cəzalandırmasından və ya (küfr və zülmkarlıqda) həddini aşmasından qorxuruq.
Link
Ayə 45
46

Taha ‏ surəsi Ayə 46

Quran-ı Kərim

(Allah) buyurdu: (Qətiyyən) qorxmayın. Şübhəsiz, Mən sizinlə birlikdəyəm, eşidirəm və görürəm.
Link
Ayə 46
47

Taha ‏ surəsi Ayə 47

Quran-ı Kərim

Buna görə də onun yanına gedin və deyin: Həqiqətən biz sənin Rəbbinin elçiləriyik. Odur ki, İsrail övladlarını (buraxıb) bizimlə birlikdə göndər və onlara işkəncə vermə. Həqiqətən biz sənə Rəbbin tərəfindən bir nişanə və möcüzə gətirmişik. Salam olsun doğru yola tabe olan hər bir kəsə!
Link
Ayə 47
48

Taha ‏ surəsi Ayə 48

Quran-ı Kərim

Həqiqətən bizə vəhy olunub ki, (Allahın) əzab(ı Onun nişanələrini və peyğəmbərlərinin çağırışlarını) təkzib edən və (haqdan) üz döndərən kəs üçündür.
Link
Ayə 48
49

Taha ‏ surəsi Ayə 49

Quran-ı Kərim

Firon dedi: Ey Musa, sizin Rəbbiniz kimdir?
Link
Ayə 49
50

Taha ‏ surəsi Ayə 50

Quran-ı Kərim

Dedi: Bizim Rəbbimiz hər bir şeyə onun məxsus yaradılışını əta edən, sonra (ona) doğru yol göstərəndir. (Hər bir meyvə və toxumun yaradılacağı maddəyə tədricən həmin növün şəklini verib və sonra onları yaradılışlarında öz əlamət və xüsusiyyətlərinə tərəf yönəldib. Həmçinin hər bir heyvanın nütfəsinə tədricən onun növünün şəklini verib və sonra onu qüvvələrinin tələbinə müvafiq olaraq yaradılışla hədəfinə doğru yönəldib. Ağıl sahiblərinə ümumilikdə pis və yaxşını dərk etmək qüvvəsi verib və sonra onları şəriət yolu ilə dinin maariflərinə tərəf istiqamətləndirib.)
Link
Ayə 50
51

Taha ‏ surəsi Ayə 51

Quran-ı Kərim

(Firon) dedi: Belə isə (Allahı inkar və peyğəmbərləri təkzib etmiş) keçmiş ümmətlərin vəziyyəti necə olacaqdır?
Link
Ayə 51
52

Taha ‏ surəsi Ayə 52

Quran-ı Kərim

(Musa) dedi: Onların (vəziyyətlərinin necə olması) elmi mənim Rəbbimin yanında (Lövhi-Məhfuz adlı) bir kitabdadır. Mənim Rəbbim nə səhv edir və nə də unudur.
Link
Ayə 52
53

Taha ‏ surəsi Ayə 53

Quran-ı Kərim

Həmin O (Allah) ki, yeri sizin üçün döşəyərək beşik edib, onda sizin üçün yollar açıb və göydən (yağış, qar və dolu şəklində) su nazil edib. Biz onun vasitəsi ilə (torpağın altından) müxtəlif növlü rəngbərəng bitkilər çıxartdıq.
Link
Ayə 53
54

Taha ‏ surəsi Ayə 54

Quran-ı Kərim

(Onlardan özünüz) yeyin və heyvanlarınızı otarın. Həqiqətən bunda (bu xüsusi yaradılışda) ağıl sahibləri üçün (Allahın tovhid, qüdrət və hikməti barəsində) bir (sıra) nişanələr vardır.
Link
Ayə 54
55

Taha ‏ surəsi Ayə 55

Quran-ı Kərim

Sizi ondan (torpaqdan) yaratdıq (ulu baba və nənənizi möcüzəvi şəkildə vasitəsiz və birbaşa, nəslinizin digər davamçılarını isə vasitə ilə və tədricən torpaqdan yaratdıq), (öləndən sonra) ona qaytaracaq və bir daha (Qiyamətdə) ondan çıxaracağıq.
Link
Ayə 55
56

Taha ‏ surəsi Ayə 56

Quran-ı Kərim

Həqiqətən Biz Özümüzün bütün ayə və nişanələrimizi ona (Firona) göstərdik, amma o (onların hamısını) təkzib etdi və (Bizim dəvətimizi qəbul etməkdən) üz döndərdi.
Link
Ayə 56
57

Taha ‏ surəsi Ayə 57

Quran-ı Kərim

Dedi: Ey Musa! (Öz) cadun vasitəsi ilə bizi öz torpağımızdan çıxarmağa gəlmisən?!
Link
Ayə 57
58

Taha ‏ surəsi Ayə 58

Quran-ı Kərim

Belə isə sənə öz cadun kimi bir cadu gətirəcəyik. Buna görə də bizimlə öz aranda hamar və (fasiləsi həm bizimlə, həm də səninlə) bərabər olan bir yerdə nə bizim, nə də sənin pozmayacağın müəyyən bir vaxt qoy.
Link
Ayə 58
59

Taha ‏ surəsi Ayə 59

Quran-ı Kərim

Musa dedi: (Bizimlə) sizin vədə vaxtınız zinət günü (onların aralarında adət olan məxsus bayram günü) və camaatın günortadan qabaq toplaşdığı gün olsun [ və ya: o şərtlə ki, camaat günortadan qabaq bir yerə toplanılsın].
Link
Ayə 59
60

Taha ‏ surəsi Ayə 60

Quran-ı Kərim

Beləliklə Firon üz döndərdi (məclisi tərk etdi) və öz hiyləsini (cadularını, hiyləgərlik alətlərini və hiylə əhli olan cadugərləri) topladı, sonra (təyin edilmiş gündə meydana) gəldi.
Link
Ayə 60
61

Taha ‏ surəsi Ayə 61

Quran-ı Kərim

Musa onlara dedi: Vay olsun sizə! («Bütlər Allahın şərikləridir» və «bu möcüzələr sehr və cadudur» deməklə) Allaha yalan yaxmayın ki, əzabla sizin kökünüzü kəsər. Və əlbəttə kim yalan yaxdısa naümid oldu.
Link
Ayə 61
62

Taha ‏ surəsi Ayə 62

Quran-ı Kərim

Beləliklə onlar öz aralarında işləri barədə ixtilaf və çəkişməyə düşdülər və bu pıçıltını gizlətdilər.
Link
Ayə 62
63

Taha ‏ surəsi Ayə 63

Quran-ı Kərim

(Nəhayət sehrbazlar bir-birlərinə və ya fironçular onlara) dedilər: Doğrudan da bu iki nəfər sehrbazdır və öz sehrləri ilə sizi torpağınızdan çıxarmaq və sizin yüksək dini yolunuzu (bütpərəstliyi) yox etmək istəyirlər.
Link
Ayə 63
64

Taha ‏ surəsi Ayə 64

Quran-ı Kərim

Buna görə də özünüzün cadu hiylələrinizi düşüncə və diqqət ilə toplayın, sonra hamınız (onların qarşısında) bir sırada dayanın. Doğrudan da bu gün üstünlük əldə edən kəs nicat tapacaqdır.
Link
Ayə 64
65

Taha ‏ surəsi Ayə 65

Quran-ı Kərim

(Təyin edilmiş vaxtda hamı gəlib çıxdıqdan sonra sehrbazlar) dedilər: Ey Musa, ya (əlində olanı əvvəlcə) sən atırsan, ya da əvvəlcə atan biz olaq.
Link
Ayə 65
66

Taha ‏ surəsi Ayə 66

Quran-ı Kərim

Musa dedi: Xeyr, siz atın. (Onlar atdılar.) Beləliklə onların kəndir və əsaları sehr nəticəsində birdən Musanın xəyalında sürətlə (ora-bura) gedən təsəvvürü yaratdı.
Link
Ayə 66
67

Taha ‏ surəsi Ayə 67

Quran-ı Kərim

Belə olan halda Musa (insan təbiətinə görə və ya camaatın onlara inanmaları cəhətindən) qəlbində bir qorxu hiss etdi.
Link
Ayə 67
68

Taha ‏ surəsi Ayə 68

Quran-ı Kərim

Dedik: Qorxma, şübhəsiz sən özün üstünsən.
Link
Ayə 68
69

Taha ‏ surəsi Ayə 69

Quran-ı Kərim

Sağ əlində olanı (yerə) at ki, onların qurduqlarının hamısını udsun. Çünki onların qurduqları cadugər hiyləsidir və cadugər hara getsə (və nə göstərsə) qalib gəlməz və nicat tapmaz.
Link
Ayə 69
70

Taha ‏ surəsi Ayə 70

Quran-ı Kərim

(Musa əsanı atdı və o, əjdaha şəklinə düşüb hər şeyi uddu.) Beləliklə sehrbazlar səcdə halında üzü üstə yerə düşüb «Musanın və Harunun Rəbbinə iman gətirdik» dedilər.
Link
Ayə 70
71

Taha ‏ surəsi Ayə 71

Quran-ı Kərim

Firon dedi: Mən sizə icazə verməmiş ona iman gətirdiniz?! Şübhəsiz, o, sizə sehr öyrətmiş böyüyünüz və başçınızdır. Buna görə də sizin əl və ayaqlarınızı çarpaz kəsəcək və sizi xurma ağacının gövdələrindən asacağam. Və (onda) bizlərdən hansı birimizin (mənim yoxsa Musanın Allahının) əzabının ağır və davamlı olmasını başa düşəcəksiniz.
Link
Ayə 71
72

Taha ‏ surəsi Ayə 72

Quran-ı Kərim

Dedilər: Bizi yaradana and olsun ki, səni bizə gəlmiş aydın dəlillərdən (cansız əşyaların dirilmələri, hər şeyi udması və yenidən əvvəlki vəziyyətinə qayıtmasından) üstün tutmayacağıq. Buna görə də bacardığın hökmü (icra) et. Sən yalnız bu dünya həyatı barəsində hökm edə bilərsən.
Link
Ayə 72
73

Taha ‏ surəsi Ayə 73

Quran-ı Kərim

Həqiqətən biz Öz Rəbbimizə iman gətirdik ki, günahlarımızı (şirk etiqadımızı və əməldəki günahlarımızı) və sənin bizi vadar etdiyin sehri bağışlasın. Allah daha yaxşı və əbədidir.
Link
Ayə 73
74

Taha ‏ surəsi Ayə 74

Quran-ı Kərim

Həqiqətən (sabah Qiyamətdə) öz Rəbbinin yanına günahkar gələn şəxs üçün mütləq Cəhənnəm vardır, onda nə (canını qurtarmaq üçün) ölər, nə də (rahatlıq tapmaq üçün) diri qalar.
Link
Ayə 74
75

Taha ‏ surəsi Ayə 75

Quran-ı Kərim

Kim yaxşı işlər görmüş halda imanla Onun hüzuruna gəlsə, belə şəxslərin yüksək dərəcələri vardır.
Link
Ayə 75
76

Taha ‏ surəsi Ayə 76

Quran-ı Kərim

(Bina və ağaclarının) altından çaylar axan əbədi Cənnətlər! Onlar orada əbədi qalacaqlar. Özünü (bütün çirkinliklərdən) təmizləyən və (ruhu, ilahi dinin maarifində) inkişaf edib boy atan kəslərin mükafatı budur!
Link
Ayə 76
77

Taha ‏ surəsi Ayə 77

Quran-ı Kərim

Və əlbəttə, Biz Musaya vəhy etdik ki, bizim bəndələrimizi (Misirdən) gecə hərəkət etdir və onlar(ın keçmələri) üçün dənizdə (Nil çayında onu yarmaqla) bir quru yol aç ki, çatmaqdan (fironçuların gəlib çatmalarından) qorxmayasan və batmaqdan çəkinməyəsən.
Link
Ayə 77
78

Taha ‏ surəsi Ayə 78

Quran-ı Kərim

Beləliklə Firon qoşunu ilə birlikdə onları təqib etdi. (Musanın qövmü keçdikdən sonra onlar da dənizin içindəki yollara daxil oldular.) Onları dənizdən (dənizin suyundan) bürüyən bürüdü (insan ağılının təsəvvür edə bilmədiyi nəhəng dalğalar bürüyüb batırdı).
Link
Ayə 78
79

Taha ‏ surəsi Ayə 79

Quran-ı Kərim

Firon öz qövmünü azdırdı və (heç bir) haqq yola yönəltmədi.
Link
Ayə 79
80

Taha ‏ surəsi Ayə 80

Quran-ı Kərim

Ey İsrail övladları, doğrudan da sizi düşmənlərinizin çəngindən qurtardıq, sizinlə (Musanın vasitəsi ilə Tövratı nazil etmək və onun qəbulu ilə içindəkilərə əməl etmək üçün) Tur dağının sağ tərəfində vədələşdik və (o geniş səhrada avara-sərgərdan qaldığınız zaman) sizə «mənn» (bir növ ağac şirəsindən hazırlanmış yemək) və bildirçin nazil etdik.
Link
Ayə 80
81

Taha ‏ surəsi Ayə 81

Quran-ı Kərim

Sizə verdiyimiz pak (maddi və mənəvi) ruzilərdən bəhrələnin və həmin istifadədə (şəriət və ağılın buyurduğu) həddi aşmayın ki, (əgər aşsanız) sizə Mənim qəzəbim nazil olacaqdır. Mənim qəzəbim kimə nazil olubsa, o mütləq həlakət burulğanına düşmüşdür.
Link
Ayə 81
82

Taha ‏ surəsi Ayə 82

Quran-ı Kərim

Həqiqətən Mən (şirk və küfrdən) tövbə edən, iman gətirən və yaxşı işlər görən, sonra doğru yolda möhkəm dayanan (və ya insanlığın kamillik mərhələlərinə doğru istiqamətlənən) kəsi çox bağışlayanam. (Çünki İslamı qəbul edən kimi əvvəlki küfr, günahlar və digər ilahi haqların kəffarə və qəzaları yeni müsəlman olmuş şəxsin boynundan götürülür.)
Link
Ayə 82
83

Taha ‏ surəsi Ayə 83

Quran-ı Kərim

(Musa qövmünün seçilmiş nümayəndələri ilə Tur dağına gələndə, mənzil başına onlardan tez çatdı. Ona belə xitab oldu ki:) Ey Musa, səni nə tələsdirdi ki, qövmündən qabaq gəldin?
Link
Ayə 83
84

Taha ‏ surəsi Ayə 84

Quran-ı Kərim

Dedi: İndi onlar da mənim arxamca gəlirlər. Ey Rəbbim, mən Sənə tərəf tələsdim ki, məndən razı qalasan.
Link
Ayə 84
85

Taha ‏ surəsi Ayə 85

Quran-ı Kərim

Allah buyurdu: Biz səndən sonra sənin qövmünü sınadıq və Samiri onları (Mənə ibadətdən) azdırdı.
Link
Ayə 85
86

Taha ‏ surəsi Ayə 86

Quran-ı Kərim

Musa acıqlı və heyfsilənən halda qövmünə tərəf qayıtdı. Dedi: Ey mənim qövmüm, məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdi (ki, sizə Tövratı nazil etsin)? Yoxsa (mənim getdiyim) müddət sizə çox gəldi və ya Rəbbinizdən sizə bir qəzəb nazil olmasını istədiyiniz üçün mənim vədimə xilaf çıxdınız?
Link
Ayə 86
87

Taha ‏ surəsi Ayə 87

Quran-ı Kərim

Dedilər: Biz sənin vədinə öz ixtiyarımızla xilaf çıxmadıq. Lakin bizim çiynimizə (Fironun) qövmün(ün) çoxlu miqdarda zinəti qoyulmuşdu. Onları (od kürəsinə) atdıq, həmçinin Samiri də (özündə olanları) atdı.
Link
Ayə 87
88

Taha ‏ surəsi Ayə 88

Quran-ı Kərim

Beləliklə (Samiri) onlar üçün (ərimiş zinət əşyalarından) böyürən bir buzov heykəli (hazırlayıb) çıxartdı. (O və dindaşları) dedilər: Bu sizin və Musanın Allahıdır, (Musa) onu unudub (ardınca Tur dağına gedib. Yaxud: Samiri Allahı unutdu və camaatı buzova sitayiş etməyə məcbur etdi).
Link
Ayə 88
89

Taha ‏ surəsi Ayə 89

Quran-ı Kərim

Məgər onlar həmin buzovun (çağıran zaman) onlara bir cavab vermədiyini və onlar üçün bir ziyan və xeyirə malik olmadığını görmürlər?!
Link
Ayə 89
90

Taha ‏ surəsi Ayə 90

Quran-ı Kərim

Əlbəttə Harun bundan qabaq onlara demişdi: «Ey mənim qövmüm, siz bunun (buzova sitayiş etməyinizin) vasitəsi ilə sınandınız; həqiqətən sizin Rəbbiniz Rəhman olan Allahdır, buna görə də mənə tabe olun və mənim əmrlərimə itaət edin.»
Link
Ayə 90
91

Taha ‏ surəsi Ayə 91

Quran-ı Kərim

Dedilər: «Musa bizim yanımıza qayıtmayınca biz bundan (bu buzova ibadət etməkdən) ayrılmayacağıq.»
Link
Ayə 91
92

Taha ‏ surəsi Ayə 92

Quran-ı Kərim

(Musa görüşdən qayıdanda) dedi: «Ey Harun! Onların azdıqlarını gördüyün zaman sənə nə mane oldu
Link
Ayə 92
93

Taha ‏ surəsi Ayə 93

Quran-ı Kərim

ki, mənə tabe olasan (və onların şirklərinin qarşısını alasan)? Mənim əmrimə itaətsizlik etdin?»
Link
Ayə 93
94

Taha ‏ surəsi Ayə 94

Quran-ı Kərim

Harun dedi: «Anam oğlu! Saqqal və başımdan tutma. Həqiqətən mən (onlara təzyiq göstərəcəyim təqdirdə) sənin «İsrail övladlarının arasına təfriqə saldın və mənim tapşırığıma əməl etmədin» deyəcəyindən qorxdum.»
Link
Ayə 94
95

Taha ‏ surəsi Ayə 95

Quran-ı Kərim

Musa dedi: «Ey Samiri, sənin (bu böyük qəbahəti etməkdən) məqsədin nə idi?»
Link
Ayə 95
96

Taha ‏ surəsi Ayə 96

Quran-ı Kərim

Dedi: «Mən onların görmədiyi və bilmədiyi bir şeyi (mələyin ayağının torpağının hərəkət etməsini və heykəltəraşlıq peşəsini) gördüm və bildim. Beləliklə həmin elçinin (yəni Cəbrailin) ayağının torpağından bir ovuc götürdüm və onu (buzovun heykəlinin içinə) atdım (və o buzov səsi çıxartdı və camaatı ona ibadət etməyə dəvət etdim). Və nəfsim (bu çirkin əməli) mənə beləcə gözəl göstərdi.»
Link
Ayə 96
97

Taha ‏ surəsi Ayə 97

Quran-ı Kərim

Musa dedi: «Belə isə (camaatın arasından) çıx və sənin həyatdan payın mütləq «mənə toxunmayın» deməkdir (yoluxucu xəstəliyə görə hamı səndən qorxacaq və ya ruhi xəstəliyə tutularaq sən hamıdan qorxacaq və hamıya «mənə toxunmayın» deyəcəksən). Əlbəttə, sənin üçün barəndə xilaf çıxılmayacaq vədə vaxtı da vardır. İndi, (ibadətindən) heç vaxt ayrılmadığın o məbuda bax ki, onu mütləq odda yandıracaq, sonra külünü dənizə səpəcəyik.»
Link
Ayə 97
98

Taha ‏ surəsi Ayə 98

Quran-ı Kərim

Sizin məbudunuz yalnız (bütün kamilliklərə malik və zatı vacib olan) Allahdır ki, Ondan başqa bir məbud yoxdur. Onun elmi ( də vücudu, qüdrəti və mərhəməti kimi) hər şeyi əhatə etmişdir.
Link
Ayə 98
99

Taha ‏ surəsi Ayə 99

Quran-ı Kərim

(Ey Peyğəmbər!) Biz keçənlərin xəbərlərini sənə bu cür nəql edirik. Həqiqətən sənə Öz tərəfimizdən bir zikr (adının yaxşılıqla zikr edilməsi və səma kitabı) əta etmişik.
Link
Ayə 99
100

Taha ‏ surəsi Ayə 100

Quran-ı Kərim

Ondan üz döndərən kəs şübhəsiz, Qiyamət günü çiynində (küfr əqidəsi və günah əməllərindən ibarət) ağır bir yük çəkəcəkdir.
Link
Ayə 100
101

Taha ‏ surəsi Ayə 101

Quran-ı Kərim

Onlar onda (günah yükünün altında) əbədi qalacaqlar. Və o, Qiyamət günü onlar üçün necə də pis bir yük olacaqdır.
Link
Ayə 101
102

Taha ‏ surəsi Ayə 102

Quran-ı Kərim

(İsrafilin) surun(un üçüncü dəfə) çalınacağı gün! Biz həmin gün günahkarları (Məhşər səhnəsinə) çirkin və kor şəkildə toplayacağıq.
Link
Ayə 102
103

Taha ‏ surəsi Ayə 103

Quran-ı Kərim

Onlar öz aralarında gizlincə danışarlar ki: (Dünyada və ya Bərzəx aləmində sanki) on gündən artıq qalmamısınız.»
Link
Ayə 103
104

Taha ‏ surəsi Ayə 104

Quran-ı Kərim

Biz onların (Məhşər səhnəsinə gətirildikdən sonra ömürlərini və ya Bərzəx aləmini əbədiliklə müqayisə edərək) dediklərini daha yaxşı bilirik. O zaman onların həqiqətə ən yaxın olanı deyər: «Bir gündən artıq qalmamısınız.» (Çünki azlıq və qısalıq baxımından bir gün on gündən daha düzgün və ədalətlidir.)
Link
Ayə 104
105

Taha ‏ surəsi Ayə 105

Quran-ı Kərim

Və səndən dağlar(ın taleyi) barəsində soruşurlar. De: «Rəbbim onları (toz-torpaq kimi) küləyə verəcəkdir.»
Link
Ayə 105
106

Taha ‏ surəsi Ayə 106

Quran-ı Kərim

Beləliklə, bunu (yeri) hamar, dümdüz və bomboş hala salacaqdır.
Link
Ayə 106
107

Taha ‏ surəsi Ayə 107

Quran-ı Kərim

Belə ki, onda (yerdə) heç bir hündür-alçaqlıq görməzsən.
Link
Ayə 107
108

Taha ‏ surəsi Ayə 108

Quran-ı Kərim

Həmin gün hamı haqqa çağırana tabe olar, nə dəvət edəndən bir səhv və əyrilik, nə də dəvət ediləndən bir sapma və itaətsizlik baş verər. Rəhman olan Allahın qarşısında bütün səslər batar və yavaş nəfəs səsləri və aram ayaq sədasından başqa bir şey eşitməzsən.
Link
Ayə 108
109

Taha ‏ surəsi Ayə 109

Quran-ı Kərim

Həmin gün (cəzanın tam aradan götürülməsi və ya silinməsi, yaxud məqamın ucaldılması barəsində) Rəhman Allahın icazə verdiyi və danışığını bəyəndiyi kəslərdən (peyğəmbərlər, mələklər və əməlisaleh insanlardan) başqa heç kəsin şəfaətinin xeyiri olmaz.
Link
Ayə 109
110

Taha ‏ surəsi Ayə 110

Quran-ı Kərim

Allah onların (dünyadakı) keçmişlərini (ömür və əməllərini) və gələcəklərini (mükafat və cəzalarını) bilir və onlar öz hallarından və Allahın elmindən xəbərsizdirlər.
Link
Ayə 110
111

Taha ‏ surəsi Ayə 111

Quran-ı Kərim

(Həmin gün batinin aynası olan) üzlər diri, əbədi və varlığı bərqərar saxlayan Allahın qarşısında zəlil və itaətkar olacaqlar. Və əlbəttə, zülm yükü daşıyan kəs (Allahın mərhəmətinə) naümid olacaqdır.
Link
Ayə 111
112

Taha ‏ surəsi Ayə 112

Quran-ı Kərim

Mömin olaraq yaxşı işlər görən kəs, əsla nə zülmdən və haqqın kəsilməsindən qorxar, nə də şəxsiyyətinin kiçildilməsindən!
Link
Ayə 112
113

Taha ‏ surəsi Ayə 113

Quran-ı Kərim

Beləcə (gördüyün kimi) Biz bunu (bu kitabı) ərəbcə bir Qur’an olaraq nazil etdik və onda hər cür xəbərdarlıq və təhdid gətirdik ki, bəlkə (düşmənçilik və inadkarlıqdan) çəkinsinlər, yaxud (bu Qur’an) onlar üçün yeni bir ibrət gətirsin.
Link
Ayə 113
114

Taha ‏ surəsi Ayə 114

Quran-ı Kərim

Buna görə də varlığın mütləq sahib və hökmdarı, haqq və sabit olan Allah pak və ucadır. Qur’anın sənə vəhy (edilməs)i sona çatmamışdan qabaq on(un mənimsənilməsi və oxunmasın)da tələsmə və «ey Rəbbim, mənim elmimi artır!» de.
Link
Ayə 114
115

Taha ‏ surəsi Ayə 115

Quran-ı Kərim

Həqiqətən Biz əvvəlcədən Adəmə tapşırdıq (ki, qadağan edilmiş ağacdan yeməsin). Amma o unutdu və Biz onda (möhkəm) əzm görmədik.
Link
Ayə 115
116

Taha ‏ surəsi Ayə 116

Quran-ı Kərim

Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. İblisdən başqa (onların hamısı) səcdə etdilər. O, (səcdə etməkdən) boyun qaçırtdı.
Link
Ayə 116
117

Taha ‏ surəsi Ayə 117

Quran-ı Kərim

Onda Biz buyurduq: «Ey Adəm, həqiqətən bu (İblis) sənin və zövcənin düşmənidir. Buna görə də məbada sizi bu Cənnətdən çıxarsın, nəticədə (yaşayışının idarə edilməsində) əzab-əziyyətə düşəsən».
Link
Ayə 117
118

Taha ‏ surəsi Ayə 118

Quran-ı Kərim

Və əlbəttə, burada sənin üçün bu (nemət) var ki, nə acar, nə də çılpaq qalarsan.
Link
Ayə 118
119

Taha ‏ surəsi Ayə 119

Quran-ı Kərim

Həmçinin onda nə susuzlayarsan, nə də səni gün vurar!
Link
Ayə 119
120

Taha ‏ surəsi Ayə 120

Quran-ı Kərim

Beləliklə Şeytan ona vəsvəsə edərək dedi: «Ey Adəm! Sənə əbədilik ağacını (əbədi meyvə verən və ya meyvəsi əbədi həyat bəxş edən ağacı) və köhnəlməz (heç bir hadisə ilə zəifləməyən və dağılmayan) səltənət yolunu göstərim?»
Link
Ayə 120
121

Taha ‏ surəsi Ayə 121

Quran-ı Kərim

Beləliklə (Adəm ilə Həvvanın) hər ikisi həmin ağacdan (onun meyvəsindən) yedilər. (Birdən onların məxsus cənnət libasları əyinlərindən töküldü və) ayıb yerləri onlara aşkar oldu və onlar Cənnət (ağaclarının) yarpaqlarından özlərinə yapışdırmağa başladılar. Adəm öz Rəbbinə (Onun yalnız dünya zərəri olan və ilahi vəzifənin pozulması sayılmayan istiqamətləndirmə göstərişində) itaətsizlik etdi və səhv yola düşdü.
Link
Ayə 121
122

Taha ‏ surəsi Ayə 122

Quran-ı Kərim

Sonra Rəbbi onu (peyğəmbərliyə) seçdi, ona nəzər yetirdi və (onu dinin əsas və qollarına) hidayət etdi.
Link
Ayə 122
123

Taha ‏ surəsi Ayə 123

Quran-ı Kərim

(Allah) buyurdu: «Hər ikiniz bu mühitdən (yer kürəsinə) enin (və orada nəsil artırın). Sizdən (siz insanlardan) bəzisi digər bəzisinin düşməni olacaqsınız. Əgər Mənim tərəfimdən sizə bir hidayət (peyğəmbər vasitəsi ilə bir din) gəlsə, həmin hidayətə tabe olan kəs heç vaxt nə yolunu azar və nə də bədbəxt olar.
Link
Ayə 123
124

Taha ‏ surəsi Ayə 124

Quran-ı Kərim

Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır və Qiyamət günü onu Məhşərə kor gətirərik.
Link
Ayə 124
125

Taha ‏ surəsi Ayə 125

Quran-ı Kərim

O deyər: «Ey Rəbbim, mən (dünyada) gördüyüm halda nə üçün məni Məhşərə kor gətirdin?»
Link
Ayə 125
126

Taha ‏ surəsi Ayə 126

Quran-ı Kərim

(Allah) buyurar: Sənə Bizim aydın ayə və nişanələrimiz gəldi, amma sən (bu gün kor olduğun və unudulduğun kimi) onları unutdun. Sən bu gün də (kor olacaq və) unudulacaqsan!
Link
Ayə 126
127

Taha ‏ surəsi Ayə 127

Quran-ı Kərim

Biz israf edən (həddini aşan) və öz Rəbbinin ayə və nişanələrinə iman gətirməyən şəxsi (dünyada) belə cəzalandırırıq. Və əlbəttə, axirət əzabı daha ağır və sürəklidir.
Link
Ayə 127
128

Taha ‏ surəsi Ayə 128

Quran-ı Kərim

Məgər onlardan (Məkkə müşriklərindən) qabaq onların indi məskənlərində gəzdikləri çoxlu dəstələri məhv etməyimiz (Məkkə əhalisinin Yəməndəki Ad, Şamdakı Səmud və Əykə, Fələstindəki Lut qövmünün məskənlərində gəzib onların məhv edilmələrini görmələri) onlar üçün hidayət mənbəyi olmur?! Həqiqətən bunda (bu hadisələrdə) ağıl sahibləri üçün (Allahın tovhid, qüdrət və qəzəbini göstərən) nişanələr vardır.
Link
Ayə 128
129

Taha ‏ surəsi Ayə 129

Quran-ı Kərim

Əgər Rəbbin tərəfindən keçmiş söz (onlara qəfildən əzab göndərməmək barəsində Lövhi-Məhfuzda yazılmış qəti hökm) və (onların ömür müddətləri barəsində) təyin edilmiş müddət olmasaydı, şübhəsiz, (keçmiş ümmətlərə gəlmiş əzabın onlara da verilməsi) lazım gələrdi (və onların hamısını birlikdə həlak edərdik).
Link
Ayə 129
130

Taha ‏ surəsi Ayə 130

Quran-ı Kərim

Buna görə də onların dediklərinə səbr et və günəş çıxandan və batandan qabaq Rəbbini, Ona sitayişlə birlikdə pak sifətlərlə mədh et (sübh, zöhr və əsr namazlarını qıl və ya digər zikrləri oxu). Həmçinin Onu (məğrib və işa namazlarını qılmaq və digər zikrləri oxumaqla) gecə saatlarında və (nafilə namazları və digər ibadətlərlə) günün radələrində pak sifətlərlə mədh edərək müqəddəs bil ki, bəlkə (Allahın lütflərinin sənə şamil olması ilə) razı qalasan.
Link
Ayə 130
131

Taha ‏ surəsi Ayə 131

Quran-ı Kərim

Sınamaq üçün onların bəzi təbəqələrini bəhrələndirdiyimiz şeyə (var-dövlət, övlad və məqama) gözünü dikmə ki, onlar dünya həyatının çiçək və zinətləridir. Və Rəbbinin ruzisi (kitab və din) daha yaxşı və əbədidir.
Link
Ayə 131
132

Taha ‏ surəsi Ayə 132

Quran-ı Kərim

Və öz ailənə namazı əmr et və özün (də) var gücünlə ona (riayət etməyə) səbr et. Biz səndən heç bir ruzi istəmirik (ki, sənin də imkanın olmasın və gücün çatmasın). Sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqvaya məxsusdur.
Link
Ayə 132
133

Taha ‏ surəsi Ayə 133

Quran-ı Kərim

(Kafirlər Qur’anı qəbul etməyib Salehin dəvəsi və Musanın əsası kimi başqa bir möcüzə istəyərək) dedilər: «Nə üçün (Muhəmməd) bizə öz Rəbbi tərəfindən bir ayə və möcüzə gətirmir?» Məgər əvvəlki kitablardakıların aydın açıqlaması (olan bu Qur’an) onlara çatmayıb?!
Link
Ayə 133
134

Taha ‏ surəsi Ayə 134

Quran-ı Kərim

Əgər Biz onları bundan (Muhəmmədin (s) peyğəmbərliyə göndərilməsindən və ya Qur’anın nazil olmasından) qabaq həlak etsəydik, mütləq «ey Rəbbimiz, nə üçün bizə bir peyğəmbər göndərmədin ki, zəlil və xar olmamışdan qabaq Sənin ayələrinə tabe olaq» deyərdilər.
Link
Ayə 134
135

Taha ‏ surəsi Ayə 135

Quran-ı Kərim

De: «Hər birimiz (həm siz və həm də biz) gözləyirik (biz Allahın düşməninin məğlub və dinin kamil olması haqqında Onun vədinin gerçəkləşməsini, siz isə bizim məğlub olmağımızı və dəvətimizin puç olmasını gözləyirsiniz). Buna görə də gözləyin. Tezliklə doğru yolun sahiblərinin kimlər olmasını və kimin doğru yolu tapmasını biləcəksiniz.
Link
Ayə 135

Süra Haqqında

Taha ‏ surəsi Quran-ı Kərimdə 20. surədir və 135 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 135 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim