Əsas məzmuna keç

Taha ‏ surəsi - 103-cü Ayə

Surə 20
Ayə 103

Azərbaycan dilində tərcümə

Onlar öz aralarında gizlincə danışarlar ki: (Dünyada və ya Bərzəx aləmində sanki) on gündən artıq qalmamısınız.»
Tam Surə

Taha ‏ surəsi 103-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 103

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Onlar öz aralarında astadan danışarlar ki, siz (dünyada) bir neçə (on) gündən artıq qalmadınız.”

Nöqtələr
"Himl” və "həml” sözlərinin lüğət mənaları eynidir. Amma "himl” dedikdə zahiri yük, "həml” dedikdə batini yük nəzərdə tutulur. Məsələn, ana bətnindəki körpə "həml” adlanır.
"Zurq” dedikdə ağ və qara rəngin qarışığı nəzərdə tutulur. Məsələn, kül rəngi bu qəbildəndir. Və insanın korluğuna, qorxusuna, rənginin qaçmasına işarə ola bilər.
"Sur” sözü ya buynuz, ya da surətlər mənasını bildirir. İkinci mənaya əsasən ölülərin dirilməsi üçün onların üzlərinə üfürülmə nəzərdə tutulur.
Qurani-məciddə iki üfürmə qeyd olunur. Birinci üfürmədə bütün canlı mövcudlar ölər, ikinci üfürmədə bütün insanlar hesab üçün ayağa qaldırılar.("Naziat”, 4; "Bəqərə”, 259) "Sur üfürülər” dedikdə qiyamət günündəki ikinci üfürmə nəzərdə tutulur.
Bildirişlər
1. İnsan yol seçimində azad buraxılıb. O həm haqqı, həm də batili qəbul edə bilər.
2. İlahi zikrdən uzaqlıq təkcə dünya bədbəxtliyi ilə yox, həm də axirət bədbəxtliyi ilə sonuclanır.("Rum”, 55.)
3. Qiyamət yükünün təhlükə və ağırlığı kimsəyə məlum deyil.
4. Qiyamətdə günahkar şəxs ya kor və üzü qara məhşur olar, ya da qorxudan gözləri bozarar.
5.Dünya həyatının uzunluğu axirət həyatı ilə müqayisədə bir neçə gün kimi görünür.