NUR TƏFSİRİ: Taha surəsi / ayə 108
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Həmin gün (insanlar) heç bir yanlışlığı olmayan dəvətçiyə tabe olarlar (və İsrafilin sədasını gözləyərlər). Rəhmanın qarşısında bütün sədalar kəsilər, ahəstə bir səsdən başqa bir şey eşitməzsən.”
Bildirişlər
1. Bəziləri dünyada ilahi çağırışları qulaqardına vururdularsa, Qiyamət günü itaətdən başqa çarə olmayacaq.
2. Qiyamət Allahın mərhəmətinin təcəlla və zühur günüdür. Allahın mərhəməti həmin gün bütün insanların ümid yeri, sığınacağıdır.