Əsas məzmuna keç

Taha ‏ surəsi - 109-cu Ayə

Surə 20
Ayə 109

Azərbaycan dilində tərcümə

Həmin gün (cəzanın tam aradan götürülməsi və ya silinməsi, yaxud məqamın ucaldılması barəsində) Rəhman Allahın icazə verdiyi və danışığını bəyəndiyi kəslərdən (peyğəmbərlər, mələklər və əməlisaleh insanlardan) başqa heç kəsin şəfaətinin xeyiri olmaz.
Taha ‏ surəsi , 109-cu ayə
Taha ‏ surəsi 109-cu ayə
Tam Surə

Taha ‏ surəsi 109-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 109

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Həmin gün Allahın izn verib danışığından razı qaldığı kəs istisna olmaqla şəfaət faydasızdır.”

Nöqtələr
Şəfaətin Quran və rəvayətlə bir araya sığmayan inkarı günaha yol vermiş möminləri ümidsizləşdirdiyi kimi, heç bir şərtsiz şəfaətin qəbulu da günahkarları cəsarətləndirir və ilahi ədalətə ziddir. Bu səbəbdən də Qurani-kərim şəfaət üçün müəyyən şərtlər nəzərdə tutur.
Quran baxımından şəfaət günahkarların ümid bacası, onların övliyalarla rabitə vasitəsidir. Şəfaət Allahın iznidir. Yalnız tövhid xəttində olan, düzgün məntiq və haqq etiqada malik insanlar şəfaətdən bəhrələnərlər. Yalnız onların sözü Allah tərəfindən qəbul olunur. Etiqadı məqsədli, müvəqqəti, səthi, məsxərə və nifaq məqsədi daşımayanların əməllərində nöqsan tapıldıqda şəfaət onlara əl tutur.
Bu səbəbdən də Quran bütlərin bütpərəstlərə şəfaətini, onlara yardım göstərməsini batil sayır. Tərəfdarlarının günahını yumaq üçün İsanın fəda olması, şiələrə yardım üçün İmam Hüseynin (ə) şəhadəti kimi yanaşmalar şəfaətin həqiqi mənası ilə bir araya sığmır. Bəli, İmam Hüseyn (ə) qiyamət gününün böyük şəfaətçilərindəndir. Amma bilməliyik ki, şəhadətə qucaq açarkən onun məqsədi tərəfdarlarına şəfaət vermək olmamışdır.
İmam Baqir (ə) bu ayə ilə bağlı buyurur: "Peyğəmbərin (s) şəfaəti yalnız əməl və rəftarından razılıq olan kəslər üçündür. Belələri Peyğəmbər (s) Əhli-beytinə (ə) məhəbbətlə yaşamış və bu məhəbbətlə dünyadan köçmüşlər.("Təfsire-nümunə”. )
Bildirişlər
1. Şəfaət xüsusi insanların bəhrələndiyi uca bir məqamdır.
2. Şəfaət Allahın istək və iradəsinə, hikmət və ədalətinə qarşı deyil. Əksinə, bu həqiqət Allahın istəyi əsasında gerçəkləşir.