Əsas məzmuna keç

Taha ‏ surəsi - 112-cü Ayə

Surə 20
Ayə 112

Azərbaycan dilində tərcümə

Mömin olaraq yaxşı işlər görən kəs, əsla nə zülmdən və haqqın kəsilməsindən qorxar, nə də şəxsiyyətinin kiçildilməsindən!
Taha ‏ surəsi , 112-cü ayə
Taha ‏ surəsi 112-cü ayə
Tam Surə

Taha ‏ surəsi 112-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 112

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Hər kəs saleh işlər görüb mömin olsa, sitəm və (mükafatda) əskiklikdən qorxmasın.”

Nöqtələr
"Həzm” dedikdə əskilmə mənası başa düşülür. Ola bilsin ki, bu səbəbdən qidanın bədənə hopması "həzm” adlandırılmışdır. Bu prosesdə adətən qida getdikcə azalır.("Təfsire-Əl-mizan”.)
Quran və rəvayətlərdən məlum olur ki, insanın əməl və ruhiyyəsi qarşılıqlı təsirə malikdir. Bu səbəbdən də puç ruhiyyəyə malik münafiq, müşrik, riyakar şəxsin yaxşı əməli qəbul olunmur. Əgər kafir bir insan ixtira və kəşf kimi yaxşı bir iş görsə, haqqı anlayaraq inkar etdiyi halda yaxşı işinə görə mükafatlandırılmayacaq. Saf şərbəti çirkli qaba tökəndə də belə olur. Belə bir şərbətdən imtina olunur.
Son on ayədə Qiyamətin bərpası xülasə şəkildə təsvir olundu: Sur üfürülər, ölülər dirilər; günahkarlar səhnəyə gətirilər; dağlar parçalanar; hamı ilahi çağırışçının dəvətini gözləyər; Allahın izni olmadan kimsəyə şəfaət verilməz; Allah Öz elmi əhatəsi ilə bütün hesabları sona çatdırar; hamı ilahi hökm qarşısında təslim olar; zalımlar məyus olar; saleh möminlər aramlığa qovuşar.("Kəhf”, 66.)
Bildirişlər
1. Bir nəfərin bütün saleh işləri yerinə yetirməsi mümkünsüz olsa da, hər kəs öz qüvvəsi daxilində saleh əmələ üz tutmalıdır.
2. Nəinki böyük işlər, hətta zərrəcə saleh əməl mükafatsız qalmır.
3. Allaha iman saleh əməlin qəbul şərtidir.
4. İman əməldən ayrı deyil. Əməlsiz iman meyvəsiz ağac, imansız əməl köksüz ağac kimidir.
5. Möminlərin qiyamətdəki ruhi aramlığı onların saleh əməllərindən asılıdır.
6. Qiyamətdə mükafat nə aradan götürülər, nə də əskildilər.
7. Mükafat insanın haqqı yox, Allahın fəzlidir. Bununla belə Allah kimsənin mükafatını əskiltməz.