Əsas məzmuna keç

Taha ‏ surəsi - 113-cü Ayə

Surə 20
Ayə 113

Azərbaycan dilində tərcümə

Beləcə (gördüyün kimi) Biz bunu (bu kitabı) ərəbcə bir Qur’an olaraq nazil etdik və onda hər cür xəbərdarlıq və təhdid gətirdik ki, bəlkə (düşmənçilik və inadkarlıqdan) çəkinsinlər, yaxud (bu Qur’an) onlar üçün yeni bir ibrət gətirsin.
Taha ‏ surəsi , 113-cü ayə
Taha ‏ surəsi 113-cü ayə
Tam Surə

Taha ‏ surəsi 113-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 113

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Beləcə, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Onda müxtəlif bəyanlarla xəbərdarlıq etdik. Bəlkə çəkinələr və ya öyüd götürələr.”

Nöqtələr
"Kəzalikə ənzəlnahu”, yəni Biz Qiyamət səhnələrini açıqlamaqla, həmin mükafat və əzabları bəyan etməklə Quranı bu sayaq xəbərdarlıq edən göndərdik.
"Ərəbi” sözü lüğət baxımından aydın mənasını bildirir. Ola bilsin ki, ərəb dilinə məxsusluq mənası nəzərdə tutulmuşdur. "Sərrəfna”, yəni bir həqiqətin müxtəlif şəkildə bəyanı. Bu bəyan həm işarə, həm də dil, həm misal, həm də tarixin nəqli ilə gerçəkləşə bilər.
Bildirişlər
1. Vəhy qanununun müqəddəsliyi, məqsədlərin aydınlığı, bəyanatların rəngarəngliyi və xəbərdarlıq olması təqvaya meyl və nəsihətin qəbulu üçün zəmindir.
2. Bütün insanlar vəhyə ehtiyaclıdır. Amma bəzilərinə qorxutma, bəzilərinə xəbərdarlıq təsir göstərir.
3. Xəbərdarlıq səmərəsiz qalmır. O ya dərin təsir göstərir, ya məsələni xatırladır, ya nəticə verir, ya da höccət tamamlanır, bəhanəyə yer qalmır.