NUR TƏFSİRİ: Taha surəsi / ayə 116
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Mələklərə «Adəm üçün səcdə edin» dediyimiz vaxt İblisdən başqa hamısı səcdəyə qapıldı. Yalnız o, boyun qaçırıb imtina etdi.”
Nöqtələr
Quranın başlanğıcından bu yerədək 6-cı dəfədir ki, Adəm və İblisin əhvalatı ilə rastlaşırıq. Əvvəllər "Bəqərə”, "Əraf”, "Hicr”, "İsra” və "Kəhf” surələrində bu mövzuya toxunulmuşdu.("Nisa”, 92.)
Bu əhvalatda "əhd-peyman” dedikdə xüsusi bir bitkinin bəhrəsindən yeməmək göstərişi nəzərdə tutulur. "İtaətsizlik” dedikdə isə əmrin yerinə yetirilməsinə göstərilən diqqətsizlik nəzərdə tutulmuşdur. Axı bir şeyi mütləq yaddan çıxarmağa görə qınaq yoxdur. Ayədə "əzm” dedikdə İblisin vəs-vəsələri qarşısında möhkəm iradə nəzərdə tutulur.
İmam Kazim (ə) buyurur: "Səcdə göstərişi və İblisin itaətsizliyi bir növ Peyğəmbər (s) üçün təsəllidir. Onun nəzərinə çatdırılır ki, göstərişlərinə itaətsizlik səni pərişan etməsin, İblis də Mənim göstərişimə itaət etmədi.("Təfsire-kəbire-Fəxr Razi)
Bildirişlər
1. Allah bəşəriyyəti özbaşına buraxmamışdır.
2. İnsan təbii şəkildə ifrat və təfrit təhlükəsi ilə dayanmış bir mövcuddur. Bu təhlükədən insanı yalnız Allah hifz edə bilər.
3. İlahi vəzifələrin yerinə yetirilməsində əzm göstərmək lazımdır.
4. İnsanın mühüm büdrəmə amillərindən biri insanlıq kəraməti və məqamından xəbərsizlik, digəri daxili və xarici düşməni tanımamaqdır. Quran dəfələrlə bu barədə xəbərdarlıq edir.
5. Allahın əmri ilə mələklərin Adəmə səcdə etməsi Adəmin mələklərdən üstünlüyünü göstərir. Əks-təqdirdə İblis özünü daha xeyirli bilib etiraz etməzdi.
6. Mələklər Allahın əmrinin icrasında bir an belə yubanmır.