NUR TƏFSİRİ: Taha surəsi / ayə 119
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Burada (behiştdə) nə susuz qalarsan, nə də günəşin istisindən əziyyət görərsən.”
Nöqtələr
Burada şeytan yalnız Adəm və Həvvanın düşməni kimi tanıtdırılsa da, başqa bir yerdə onun bütün insanlarla düşmən olduğu qeyd edilir.("Əraf”, 22.)
Ayədə "təşqa” dedikdə maddi həyat çətinlikləri nəzərdə tutulmuşdur. Digər ayələrdən məlum olur ki, behiştdə aclıq, çılpaqlıq, susuzluq yoxdur. Yəni yalnız behiştdən xaric olduqda məşəqqət labüddür.
Bildirişlər
1. Allahın Öz bəndələrinə ən böyük lütflərindən biri onları şeytanın təhlükəsindən xəbərdar etməsidir.
2. Haqq və batil arasında düşmənçilik və müharibə xilqətin əvvəlindən mövcud olmuşdur.
3. Həm qadın, həm də kişi düşmənin təbliğatları və şeytanın vəsvəsələri üçün hədəfdir.
4. Bəndələrə höccəti tamamlamaq, yetərli dəlillər gətirib bəhanələri kəsmək ilahi sünnədir.
5. Dünya həyatı məşəqqətlə müşayiət olunur.
6. İnsanın ilkin ehtiyacları dörd şeydə özünü göstərir: aclıq və susuzluq kimi daxili ehtiyaclar, çılpaqlıq və məskənsizlik kimi xarici ehtiyaclar. Ayədə bu dörd çətinliyin hər birinə işarə olunmuşdur.