NUR TƏFSİRİ: Taha surəsi / ayə 123
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"(Allah Adəm və Həvvaya) buyurdu: «Oradan (behiştdən, uca məqamdan) enin. Sizin bəziniz bəzinizə düşmən olacaq. Mənim tərəfimdən sizin üçün göstəriş gəldiyi vaxt hər kəs bu göstərişə itaət etsə, nə yolunu azar, nə bədbəxt olar.»”
Nöqtələr
"Cəbayət” sözündən olan "ictiba” sözü toplamaq, seçmək mənasını bildirir.
"Tab” sözü "ila” şəkilçisi ilə işləndikdə insana aid tövbəni bildirir. "Əla” şəkilçisi ilə işləndikdə isə Allah tərəfindən tövbə nəzərdə tutulur. Yuxarıdakı ayədə də belədir: "Allah Öz lütfünü bəndəsinə qaytardı.”
"Aşağı enin” əmri ya Adəmlə Həvvaya, ya insanla şeytana, ya da Adəmlə onun övladlarına ünvanlanmışdır.
Peyğəmbərdən (s) nəql olunmuş bir hədisdə deyilir: "Həzrət Adəm qədər ağlayan peyğəmbər olmamışdır.”("Təfsire-nümunə”. ) O, itaətsizlikdən sonra tövbə qıldı.
Bildirişlər
1. İnsanları fərqləndirərkən onların pak fitrətinə diqqət yetirin. Təsadüfi xətalara görə insanların üstündən xətt çəkməyin.
2. Adəm peyğəmbərlik məqamına seçilməmişdən öncə günaha yol verdi.
3. Zamanın seçimə təsiri var.
4. Tövbənin qəbulu Allahın rübubiyyət şənindəndir.
5. Xətaya yol verənləri rədd etmək əvəzinə onları bağışlayıb doğru yola çağıraq.
6. Tövbə hidayət zəminidir.
7. Tövbənin qəbulu günahın təbii sonluğuna mane olmur.
8. Bir günah bütöv bir nəsli sıxıntıya düçar edə bilər.
9. Bəşərin yerə enişi onlar arasında düşmənçiliyə səbəb oldu.
10. Adəmə verilən ilk müjdə ilahi göstərişin gəlişidir. Bu göstərişlərə itaət etməklə səadət və behiştə qayıdış üçün yol açılır.
11. Peyğəmbərlərin gəlişi və ilahi hidayət (haqqa çağırış) qətidir.
12. Müdiriyyət və tərbiyə zamanı ixrac göstərişi versək də, qarşı tərəfi inkişaf və tərbiyə imkanlarından məhrum etməyək.
13. İnsanın Allahdan başqa rəhbər və bələdçisi yoxdur.
14. Maddiyyat aləmində ziddiyyətlərin mövcudluğu qaçılmazdır. Əsas məsələ budur ki, insan müxtəlif yollar arasından ilahi yolu seçsin.
15. İnsan yol seçimində azad buraxılıb.
16. İnsanın xoşbəxtlik və qurtuluşu ilahi əmrlərə itaətindən asılıdır.