Əsas məzmuna keç

Taha ‏ surəsi - 125-ci Ayə

Surə 20
Ayə 125

Azərbaycan dilində tərcümə

O deyər: «Ey Rəbbim, mən (dünyada) gördüyüm halda nə üçün məni Məhşərə kor gətirdin?»
Tam Surə

Taha ‏ surəsi 125-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 125

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"(Qiyamətdə) deyər: «Pərvərdigara! Nə üçün məni kor məhşur etdin? Axı (dünyada) görürdüm?»”

Nöqtələr
Ötən ayədə haqq ardıcıllarına müjdə verildi. Bu ayədə isə haqqa arxa çevirənlərə xəbərdarlıq olunur. Bəli, ümid və qorxu yanaşı olduqda səmərə verir.
Rəvayətlərdə Əhli-beyt (ə) xəttindən çıxmaq və ya vacib göstəriş olan həcci tərk etmək Allahdan üz çevirmək nümunələri sayılmışdır.("Mən la yəhziruhul-fəqih”, c. 2, s. 447.)
İnsanı sıxıntıya salan təkcə yoxsulluq deyil. Bir çox sərmayə sahibləri hərislik, qorxu, stress səbəbindən ağrılı günlər keçirirlər.("Bihar”, c. 7, s. 104.)
Sual: Günahkarların kor məhşur edilməsi onların öz əməl naməsini oxuması xəbəri ilə bir araya sığırmı?
Cavab: Qiyamətin müxtəlif dayanacaqları var. İnsan bir dayanacaqda gördüyü halda, o biri dayanacaqda kor ola bilər.
Bir çox rəvayətlərdə bildirilir ki, "Qiyamət korluğu” dedikdə insanın haqq və xeyir yolu görməməsi nəzərdə tutulur.("Taha”, 14)
İmam Səccad (ə) "sıxıntılı həyat” təbiri ilə bağlı buyurur: "And olsun Allaha! Həqiqətən, qəbir ya behişt bağıdır, ya da cəhənnəm dərəsi.”("Bəqərə”, 152.)Demək, sıxıntılı gediş bərzəx aləminədək davam edir.
Bildirişlər
1. İnsanlara seçim azadlığı verilib.
2. İnsan fitrəti allahpərəstlik əsasında qurulub. Peyğəmbərlər və səmavi dinlərin işi yalnız xatırlatmaqdır. ("Zikr” dedikdə insanın unutduğu bir şeyi onun yadına salmaq nəzərdə tutulur.)
3. İnsan sərvət sahibi olsa da, Allah zikrindən uzaqlıq onu iztirab, heyrət və həsrətdən qurtulmağa qoymur.
4. Yalnız Allah zikri sayəsində aram və şirin həyat yaşamaq olar.
5. Mənəviyyatın maddi həyatda da mühüm rolu var.
6. Dünyada həqiqətlərə göz yuman insan qiyamət səhnəsinə kor gətirilər.
7. İmansız insan dünyada məşəqqət içində yaşayır, axirətdə görmək nemətindən məhrum qalır.