Əsas məzmuna keç

Taha ‏ surəsi - 127-ci Ayə

Surə 20
Ayə 127

Azərbaycan dilində tərcümə

Biz israf edən (həddini aşan) və öz Rəbbinin ayə və nişanələrinə iman gətirməyən şəxsi (dünyada) belə cəzalandırırıq. Və əlbəttə, axirət əzabı daha ağır və sürəklidir.
Taha ‏ surəsi , 127-ci ayə
Taha ‏ surəsi 127-ci ayə
Tam Surə

Taha ‏ surəsi 127-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 127

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Həddi aşıb israf edən və Rəbbinin ayələrinə iman gətirməyən hər kəsə bu sayaq cəza verərik. Şübhəsiz, axirət əzabı daha şiddətli və davamlıdır.”

Nöqtələr
Allah zikrinin bariz nümunələrindən biri namazdır. Allah-təala buyurur: "Məni yada salmaq üçün namaz qıl.”("Vəsail”, c. 6, s. 184.)Şübhəsiz ki, Allahı yada salan insanı Allah da yada salasıdır. Bu, Allahın vədidir.("Kafi”, c. 1, s. 436) Allahı unudan kəsləri Allahın da unudacağı şübhə doğurmur.
Allahın rəsulu (s) buyurur: "Quran oxuyub, ona əməl etməyən kəsi Allah kor halda məhşur edər. Həmin bəndə nə üçün səhnəyə kor gətirildiyini soruşduqda xitab olunar ki, onu cəhənnəmə aparın.”("Bəqərə”, 36)
İmam Sadiq (ə) "unudulmuş ayələr” təbiri ilə bağlı buyurur: "Allahın ayələri məsum imamlardır. Onlara arxa çevirən kəs qiyamət günü oda atılacaq.”("Təfsire-Əl-mizan”. "Təfsire-Tibyan”. )
Bildirişlər
1. Bütün ilahi cəzalar ədalətlidir.
2. İnsanın itaətsizliyi etinasızlıqdan qaynaqlansa cəzalandırılasıdır. İxtiyarsız şəkildə baş vermiş xətalara görə məzəmmət yoxdur.
3. Allah öncə höccəti tamamlayır, yetərli dəlillər gətirir, sonra qəhr-qəzəbini və əzabını nazil edir.
4. Nemətlərin israfı və onlardan səmərəsiz istifadə küfr üçün zəmin yaradır.