NUR TƏFSİRİ: Taha surəsi / ayə 133
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"(Kafirlər) dedilər: «Nə üçün (Peyğəmbər) öz Rəbbi tərəfindən bizim üçün möcüzə və nişanə gətirmir?» Məgər əvvəlki kitablarda onlar üçün aşkar dəlil və nişanə gəlməmişdimi?!”
Nöqtələr
Müşriklər tələb edirdilər ki, İslam Peyğəmbəri (s) də həzrət Musa kimi möcüzələr göstərsin. Amma Allah-təala buyurur: "Quran möcüzəsinin bütün əvvəlki möcüzələrdən üstün olduğunu bilmirsinizmi?! Məgər həmin möcüzələr qarşısında inadkarlıq göstərmədilərmi?!”
Əvvəlki kitablar dedikdə Tövrat, İncil və Zəbur nəzərdə tutulur.
Bildirişlər
1. Bəhanə xarakterli tələblərə məhəl qoymamaq lazımdır. (Bu sayaq tələblər inadkar və təkəbbürlü insanlara aiddir. Onlar aşkar dəlili bir kənara qoyub, başqa tələblər irəli sürürlər.)
2. Əsas məsələ möcüzə yox, qarşı tərəfin qəbul ruhiyyəsidir.