Əsas məzmuna keç

Taha ‏ surəsi - 134-cü Ayə

Surə 20
Ayə 134

Azərbaycan dilində tərcümə

Əgər Biz onları bundan (s">(Muhəmmədin (s) peyğəmbərliyə göndərilməsindən və ya Qur’anın nazil olmasından) qabaq həlak etsəydik, mütləq «ey Rəbbimiz, nə üçün bizə bir peyğəmbər göndərmədin ki, zəlil və xar olmamışdan qabaq Sənin ayələrinə tabe olaq» deyərdilər.
Taha ‏ surəsi , 134-cü ayə
Taha ‏ surəsi 134-cü ayə
Tam Surə

Taha ‏ surəsi 134-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 134

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Əgər Biz onları (Peyğəmbərin (s) gəlişi və Quranın nazil olmasından) əvvəl əzab göndərib həlak etsəydik deyərdilər: «Pərvərdigara! Nə üçün bizə peyğəmbər göndərmədin? Biz zəlil və xar olmazdan öncə Sənin ayələrinə itaət edərdik.»”

Bildirişlər
1. Peyğəmbərlərin gəlişində məqsəd höccəti tamamlamaq, yetərli dəlillər gətirmək və bəhanəyə yer qoymamaqdır.
2. Qanun elan edilməmiş cəzalandırılmaq ədalətdən kənardır.
3. Xalq dinləsə də, dinləməsə də dinin təbliği vacibdir. Təbliğ olmayan yerdə insanların etiraz haqqları var.
4. Peyğəmbərlərə tabeçilik izzət və hörmət səbəbidir.