Əsas məzmuna keç

Taha ‏ surəsi - 135-ci Ayə

Surə 20
Ayə 135

Azərbaycan dilində tərcümə

De: «Hər birimiz (həm siz və həm də biz) gözləyirik (biz Allahın düşməninin məğlub və dinin kamil olması haqqında Onun vədinin gerçəkləşməsini, siz isə bizim məğlub olmağımızı və dəvətimizin puç olmasını gözləyirsiniz). Buna görə də gözləyin. Tezliklə doğru yolun sahiblərinin kimlər olmasını və kimin doğru yolu tapmasını biləcəksiniz.
Taha ‏ surəsi , 135-ci ayə
Taha ‏ surəsi 135-ci ayə
Tam Surə

Taha ‏ surəsi 135-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Taha ‏ surəsi / ayə 135

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"De ki, (biz və siz) hər birimiz intizardayıq. Gözləyin, tezliklə kimlərin doğru yolda olduğunu və kimin hidayət tapdığını biləcəksiniz.”

Nöqtələr
"Doğru yol səhabələri” dedikdə məsum imamlar, "hidayət tapanlar” dedikdə onların ardıcılları nəzərdə tutulur.(Təfsire-nümunə”.)
İmam Kazim (ə) uyğun ayə ilə bağlı buyurur: "Doğru yol bizim Qaimin (imam Mehdinin (ə)) yoludur. Yalnız ona itaət edənlər hidayət tapanlardır.("Əraf”, 16. )
Bildirişlər
1. Peyğəmbər xəbərdarlıq edib qorxutmağa vəzifəlidir.
2. Zaman və tarix bütün qaranlıqlara işıq salır.
3. Kafirlər özlərini doğru yolda sayırlar.
4. İslam ifrat və təfritdən uzaq olan orta məktəb, müsəlmanlar isə doğru yolu (hidayət) tapmış kəslərdir.